Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

8 Noyabr - Zəfər Günü münasibətilə Daşkəsəndə bayram konserti keçirilib

08 noyabr 2023 | 17:36

Daşkəsəndə incəsənət məktəbinin kollektivinin, tanınmış yerli və Gəncə şəhərindən dəvət olunmuş  müğənnilərin, aşıqların iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon bayram konserti təşkil olunub.

Konsertdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və məsul işçiləri, şəhid ailələri, qazilər, hərbiçilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bayram tədbirində vətənpərvərlik mövzusunda mahnılar və şagirdlərin ifasında şeirlər səsləndirilmişdir.

Keçidlər