Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 2014-cü il böyük uğurlarla yadda qalır

24 dekabr 2014 | 16:00

 

Daşkəsəndə 2014-cü il böyük uğurlarla yadda qalır

2014-cü il Daşkəsən rayonunun tarixində böyük uğurlarla yadda qalacaqdır. Belə ki, həmin ildə rayon ərazisində son illərdə bu miqyasda tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri aparılmamışdır. İstifadəyə verilən yeni obyektlər, abadlaşan küçələr və yollar rayon sakinləri tərəfindən razılıq və minnətdarlıqla qarşılanır. İndi Daşkəsən şəhəri yaradan və yarıdan insanların diqqət və qayğısı sayəsində ölkənin dilbər güşələrindən birinə çevrilmişdir.
Memarlıq üslubunda tikilən Rayon icra Hakimiyyətinin inzibati binası, tamamilə yenidən qurularaq müasir görünüş alan, daşkəsənlilərin fəxri olan və əbədiyaşar liderin xatirəsinə olan ehtiramı nümayiş etdirən Heydər Əliyev Mərkəzi, yeni avtovağzal və Xoşbulaq kəndində inşa olunmuş Gənclərin Təlim və İstirahət Mərkəzi, Statistika idarəsinin yeni inzibati binası, Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı tikintisi 2014-cü ildə əldə olunan ən böyük nailiyyətlərdəndir.
2014-cü il oktyabrın 17-i Daşkəsən üçün çox müqəddəs və əlamətdar günlərdən biri kimi onun şərəf tarixinə yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın səfəri daşkəsənlilərə xoş anlar bəxş etdi, qürur və fərəhini artırdı.
Daşkəsənin uzun illər probleminə çevrilən sosial yönümlü məsələlər artıq öz həllini tapmışdır.Əhali işıq, qaz sarıdan korluq çəkmir. Müasir işıqlandırma rayonun gecəsini də cəlbedici edibdir. Yaşıllaşdırma işləri sürətlə aparılır.
Bu gün də Daşkəsən şəhərində daha bir yaraşıqlı, müasir tələblərə cavab verən ticarət mərkəzinin açılışı olmuşdur. Bu ticarət mərkəzində 25 yeni iş yeri yaradılması ilə bərabər, eyni zamanda rayon əhalisinə də yüksək səviyyədə mədəni xidmət göstəriləcəkdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ticarət mərkəzinin açılışında iştirak etmiş, kollektivə uğurlar arzulamış, burada rayon sakinlərinə yaradılan şəraitdən razılığını bildirərək qeyd etmişdir ki, ticarət mərkəzində müasir iş şəraiti qurulmuşdur. İşçilər naharla və geyimlə təmin olunmuşlar.
Ölkəmizdə hər zaman sahibkarlığın inkişafına diqqət və qayğı göstərilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı xüsusi sərəncamları vardır. İndi ölkə iqtisadiyyatının 85 faizdən çoxu sahibkarlığın payına düşür.
Bu gün rayonumuzda yeni ticarət mərkəzinin istifadəyə verilməsi  nəticəsində yeni iş yerləri açılmış, işsizliyin qismən də olsa aradan qaldırılmasına şərait yaranmışdır. Məlumat üçün bildirim ki, belə xidmət sahələrinin və işsizliyin aradan qaldırılmasına  kömək olan digər açılışların davamı olacaqdır. Daşkəsən yaxın illərdə ölkənin ən inkiaşf etmiş rayonları sırasında özünə yer alacaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin açılış mərasimində çıxışından sonra ticarət mərkəzinə baxış keçirilmiş, mərkəz sakinlərin istifadəsinə verilmişdir.
Daha sonra Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı  münasibətilə " Yeni həyat" sarayında ümumrayon bayram tədbiri keçirilmişdir.
Bayram tədbiri Daşkəsən rayon İncəsənət məktəbinin bədii özfəaliyyət kollektivlərinin musiqi nömrələri ilə davam etdirilmişdir.

Sahib Əhmədov
Daşkəsən

Keçidlər