Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Biznesə dəstək məsələlərində də çox böyük addımlar atılır

10 avqust 2020 | 16:00

Pandemiya ilə mübarizə dövründə dövlət iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atıb və qəbul edilən qərarlara, Milli Məclisdə dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən deyə bilərik ki, bundan sonra da biznesə dəstək proqramlarının icra edilməsi planlaşdırılır.
Dövlət başçısı vurğuladı ki, ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda pandemiya ilə əlaqədar görülmüş işlər dövlət siyasətini tam şəkildə əks etdirir.
Xatırladaq ki, pandemiya dövründə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də bu günədək yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır.
Avqustun 7-də Milli Məclis büdcəyə edilən dəyişikliklərə müsbət rəy verdi. Bu dəyişikliklərə əsasən büdcədə neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürüldü. Yəni dövlət ilin sonuna qədər xərclərini bu rəqəm əsasında planlaşdıracaq.
Bu da bir daha onu göstərir ki, cənab İlham Əliyev hər zaman olduğu kimi, qlobal böhran dövründə də Azərbaycan vətəndaşının sağlamlığı və sosial-rifahının yaxşılaşdırılması istiqamətində önəmli addımlar atır.
Bütün bunlar isə cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu bir daha göstərir. Çünki son 17 il ərzində həyata keçirilən siyasət nəticəsində elə bir möhkəm təməl yaranıb ki, dövlət istənilən böhranla əlaqədar düzgün addımlar atır və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, bütün sosial öhdəlikləri yerinə yetirmək gücündədir. Dövlət başçısı qətiyyətlə vurğuladı ki, qlobal böhrana baxmayaraq ölkəmiz üçün lazım olan infrastruktur layihələrinin icrası davam etdiriləcək.

Keçidlər