Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

İlham Əliyevin düşmənin başına endirdiyi növbəti zərbə

06 avqust 2020 | 16:00

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev tarixinin ən qüdrətli Azərbaycanını yaratdı: onu Cənubi Qafqazın ən güclü dövlətinə və söz sahibinə çevirdi, yeni texnologiyalara əsaslanan silahlarla təmin edilmiş modern ordu qurdu, beynəlxalq qurum və təşkilatlarda ardıcıl və səmərəli işlər aparıldı, gənc Azərbaycan öz rəhbəri hesabına nüfuz sahibinə çevrildi.
Lakin ATƏT-in səmərəsiz və dişsiz fəaliyyəti, Ermənistanın şıltaq və qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermədi.
Ermənistanın Tovuz istiqamətindəki hücumunun qarşısının dərhal və qətiyyətlə alınması, budəfəki dörd günlük müharibənin Azərbaycanda və dünyada doğurduğu əks-səda münaqişənin gedişində mühüm keyfiyyət dəyişikliklərinin baş verdiyini də göstərir.
Onlar hansılardır:
Azərbaycan Prezidentinin rəhbərliyi ilə ordu, diaspor və diplomatiya korpusu əlbir və əlaqəli fəaliyyət göstərdilər, xalq Ali Baş Komandanın atdığı bütün addımları bir daha müdafiə etdi. Bəyanatla çıxış edən ölkədəki 27 müxtəlif siyasi partiya Qarabağ məsələsində daim Prezidentin yanında olduqlarını elan etdilər.
Ermənistanın baş naziri N.Paşinyanın istəyi baş tutmadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanla Azərbaycan arasında gedən müharibəyə müdaxilə etmədi. Əksinə, quruma daxil olan 6 dövlətdən 4-ü müxtəlif açıqlama və addımları ilə Azərbaycana dəstəklərini bildirdilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı birmənalı şəkildə Azərbaycanın tərəfini tutdu!
İndiyədək işğalçı ilə işğala məruz qalanı öz adı ilə çağırmayan ATƏT-in Minsk qrupunun üzvlərindən biri - ABŞ Azərbaycan ərazilərinin (Ukrayna, Gürcüstan və Moldova ilə birlikdə) Ermənistan tərəfindən işğal olunduğunu və dinc əhalini ərazidən çıxarmaqla hüquqlarının pozulması barədə Konqresdə araşdırmağa başlatdı!
Ermənistanın hücumundan dərhal sonra qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə dəstək veririk” fikrini səsləndirdi, habelə Türkiyənin Xarici işlər və Müdafiə nazirləri də Ermənistanın hərəkətini pisləyərək bir dövlət kimi daim Azərbaycanın yanında olduqlarını, ona hər cür kömək göstərəcəklərini söylədilər.
Bunun ardınca isə Naxçıvan və Azərbaycan ərazilərində Türkiyə və Azərbaycanın çox geniş birgə hərbi təlimləri başladı!
Ən mühüm keyfiyyət dəyişikliyindən biri isə budur ki, Ermənistanın Azərbaycana qarşı təxribatları və baş verən toqquşmalar nəinki işğal ərazilərindəki təmas xətlərini aşmış, dövlət sərhədinin güc və silah tətbiqi ilə pozulmasına səbəb olmuş, üstəlik, hər iki dövlətin hüdudlarından kənara çıxaraq dünya ölkələrinə yayılmış, qlobal müstəviyə çıxmışdır!
Əgər 12 iyul Tovuz müharibəsinədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq səviyyədə çözülürdüsə, indi dünya ölkələrində yaşayan erməni və Azərbaycan diaspor üzvləri arasındakı lokal toqquşmalar da başlanmışdır.
Əlbəyaxa vuruşa çevrilən bu toqquşmaların səbəbkarı və ilhamvericisi Ermənistanın baş naziri N.Paşinyandır.
Belə ki, 2016-cı ilin aprel müharibəsində Azərbaycanın qələbəsindən sonra S.Sarkisyan orduda təmizlik işləri apardı, bir sıra generalları və müəyyən strukturlara rəhbərlik edən yüksək çinli zabitləri qovdu, barələrində cinayət işi açdırdı.
Tovuz qələbəsindən sonra isə Paşinyan dünyadakı erməni diasporlarına nəzarət edən və onları əlaqələndirən qurumun işindən narazılığını bildirərək Ermənistanın diasporla iş üzrə komissarının ofisində çalışan 13 məmuru işdən çıxardı.
Hadisələrin gedişi göstərir ki, ASALA terror təşkilatını dirçəldən Paşinyan dünyadakı erməni diaspor təşkilatlarına dinc etiraz nümayişlərinə çıxan azərbaycanlıları döymək, qorxutmaq və Ermənistanı işğalçı dövlət kimi ifşa etmələrindən çəkindirmək üçün nümayişçilərə zor tətbiq etmək barədə tapşırıqlar verib.
Dünyanın müxtəlif ölkələrində dinc kütləvi aksiyalara çıxan azərbaycanlıların döyülməsi, maşınlarının əzilməsi, onlara qarşı müxtəlif formada fiziki güc tətbiq edilməsi ilə baş verən kriminal xarakterli çoxsaylı hadisələr dediklərimizi təsdiq edir.
Bir neçə hadisə isə ilk dəfə baş verdi:
Dövlət başçısına daim tam dəstəyini bildirən Azərbaycan xalqı ilk dəfədir ki, ayağa qalxaraq, torpaqların müharibə yolu ilə qaytarılmasını tələb etdi!
İlk dəfədir ki, Azərbaycan gəncliyi möhtəşəm dəstək aksiyası keçirərək döyüşmək istədiklərini söylədilər və Prezidentin çağırışı ilə bir həftə ərzində əlli mindən çox gənc hərbi səfərbərlik məntəqələrinə gedərək orduya yazılmaqla vuruşmaq istədiklərini rəsmiləşdirdilər!
İlk dəfədir ki, dünyanın bir çox ölkələrindəki Azərbaycan diasporu əlbir və əlaqəli şəkildə çoxsaylı icazəli aksiyalar keçirərək erməni faşizmini və erməni terrorunu mütəşəkkil qaydada ifşa etdilər!
İlk dəfədir ki, birgə səylə ermənilərin "məzlum”, "zavallı millət” maskası cırıldı, onların dinc aksiya iştirakçılarına zorakılıq göstərən qəddar, işğalçı xalq olduqları sübuta yetirildi, bir çoxu barədə müxtəlif dövlətlərdə cinayət işləri açıldı!
İlk dəfədir ki, Ermənistanın Azərbaycana qarşı təxribatı heç bir dövlət, beynəlxalq qurum tərəfindən müdafiə edilmədi. Əksinə, bir sıra beynəlxalq təşkilatlar (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı) və dövlətlər (Türkiyə, Pakistan, Ukrayna, İsrail və digərləri) ölkəmizə bir daha dəstəklərini ifadə etdilər.
İlk dəfədir ki, Ermənistana gizlincə silah-sursat satan bizə "dost” ölkələrin səfirləri Azərbaycan XİN-ə dəvət edilərək onlardan "qeyri-dost əməllərinə” görə izahat tələb edildi!
Artıq Azərbaycanın düşmənə hücum meydanı əsaslı şəkildə genişlənib, müttəfiqlərimizin, bizə açıq dəstək verənlərin sayı xeyli artıb. Cəbhə xətti ilə bərabər dünyanın hər yerində ermənilərlə çarpışma gedir. Sosial şəbəkələrdə, beynəlxalq KİV-də uğurlu ifşaedici kampaniyalar aparılır.
Azərbaycanın səbrinin və mənasız sülh danışıqlarının limitinin tükəndiyi açıq şəkildə bəyan edilir!

Keçidlər