Sülh olmayan yerdə müharibə qaçılmazdır!
Atəşkəs dövrünün ilk böyük toqquşması 2016-cı ilin aprelində baş verdi.
Azərbaycana qarşı növbəti təxribat əməlini həyata keçirən Ermənistana əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu düşmənə canlı qüvvə və texnika sarıdan ciddi itkilər yaşatdı, mühüm strateji nöqtə sayılan Lələtəpə yüksəkliyini götürməklə iki min hektardan çox əraziyə nəzarəti ələ keçirdi!
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dörd günlük aprel müharibəsində qazanılan uğurlar sayəsində Azərbaycan təşəbbüsü öz əlinə aldı, Cocuq Mərcanlını məskunlaşdırmaqla ilk dəfə olaraq məcburi köçkünlər boşaldılan əraziyə qaytarıldı və beləliklə, böyük qayıdışın əsası qoyuldu!
Düşmən qisas almaq üçün Naxçıvan cəbhəsində fəallaşdı.
Burada da Günnüt əməliyyatı ilə burnu ovuldu!
Belə ki, on bir min hektardan çox ərazi geri qaytarılaraq Gorus-Laçın-Xankəndi yolu da nəzarət altına alındı.
İlham Əliyevin baş sərkərdəliyi ilə həyata keçirilən uğurlu əməliyyatlar Ermənistanda güclü əks-səda və çaxnaşma yaratdı!
Müharibə nəticəsində dilənçi vəziyyətinə düşən erməni xalqı korrupsioner və cinayətkar ölkə rəhbərliyinə bu biabırçı məğlubiyyəti bağışlamadı. Serj Sarkisyan hakimiyyətdən qovuldu!
Bu dəfə Soros fondunun maliyyəsi və dəstəyi ilə siyasətdən və diplomatiyadan, habelə idarəçilikdən başı çıxmayan Paşinyan familiyalı birisini meydandan ölkə rəhbərliyinə gətirdilər!
Xalqa bol-bol vədlər verən Paşinyan tezliklə bacarmadığı işə girişdiyini anladı. Hakimiyyətdə qalmaq üçün populist çıxışlara üstünlük verdi, burada da ciddi səhvlər buraxdı!
"Qarabağ Ermənistandır - nöqtə” kimi sərsəm, cəfəng yalanı deməklə, əslində xalqın gözündə xal qazanmaq istədi...
Azərbaycan Prezidenti İlham Əliyev isə beynəlxalq auditoriya qarşısında, nüfuzlu tədbirlərdə "Qarabağ Azərbaycandır - nida işarəsi” söyləyərək onun ağzından vurdu, dediklərini faktlarla sübuta yetirərək erməni baş nazirini rüsvay etdi!
Paşinyan ağıla gəlmədi!
Özünü göstərmək, sələflərinin səhvini düzəltmək üçün başından böyük qələt etdi: dövlət sərhədini pozaraq Tovuz istiqamətindən Azərbaycana qəfil hücuma keçdi!
Hədəfi Azərbaycanın neft-qaz ixrac boru kəmərlərini və Böyük İpək yolunun bir hissəsi sayılan BTQ dəmir yolu xəttini nəzarətə almaq və dağıtmaq, məqsədi isə yeni ərazilər qoparıb təşəbbüsü geri qaytarmaqla özünü erməni xalqı qarşısında doğrultmaq idi!
İlham Əliyevin başından endirdiyi zərbələr nəticəsində niyyətlərinin heç birinə çatmadı!
Üstəlik, canlı qüvvə və texnika sarıdan ciddi itkilər verərək acınacaqlı duruma düşdü!
Beləliklə, Qarabağ uğrunda müharibənin gedişində növbəti, daha bir dönüş yarandı!
İlham Əliyevin düşünülmüş siyasəti, hesablanmış addımları, dəqiqliklə endirdiyi zərbələr nəticəsində müharibənin gedişində çox mühüm keyfiyyət dəyişiklikləri baş verdi!