Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Kim “ASAN xidmət”i bəyənməyə bilər?” – Prezident Ilham Əliyev

04 avqust 2020 | 16:00

“ASAN xidmət” artıq bir neçə ildir ki, fəaliyyət göstərir, ancaq göstərilən xidmətlərin səviyyəsi düşmür. Mən bunu nə üçün deyirəm? Çünki bəzən hansısa yeni müəssisə, yaxud da yeni xidmət sahəsi açılanda əlbəttə ki, ilkin mərhələdə bütün məsələlər yüksək səviyyədə həll olunur. Amma sonra vaxt keçdikcə və əgər müştərilərin sayı kifayətdirsə, onda bəzi hallarda xidmətin keyfiyyəti aşağı düşür. “ASAN xidmət” isə yüksək səviyyəni saxlayır.
Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxış edərkən deyib.
“Bu gün xidmətin əhali tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Mən bilmirəm 0,6 faiz kimlərdir? Kim “ASAN xidmət”i bəyənməyə bilər? Yəqin ki, elələri də var. Ancaq mən hesab edirəm ki, burada bütün ən mütərəqqi texnologiyalar, eyni zamanda, insan kapitalına qoyulan investisiyalar özünü büruzə verir. Çünki bizim inkişafımızı, gücümüzü, ölkəmizin qüdrətini insan kapitalı müəyyənləşdirir. Təbii resurslar, sadəcə olaraq, bir vasitə kimi bizə kömək göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir”, - deyə dövlət başçısı əlavə edib.

Keçidlər