Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə gənc seçicilərlə görüş keçirildi

18 dekabr 2014 | 16:00

 

Daşkəsəndə gənc seçicilərlə görüş keçirildi

Bu gün 18 dekabr 2014-cü il tarixdə YAP-dan olan gənc namizədlər, partiya fəalları, ilk dəfə səs verən gənclərlə YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin iştirakı ilə seçkiqabağı yığıncaq keçirilmişdir
Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində  baş tutmuş görüşdə ümumilikdə 150 nəfərdən çox bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmış, ilk dəfə səs verəcək və fəal gənclərlə yığıncaq keçirilmişdir.
Yığıncağı giriş sözü ilə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açmışdır.
Natiqlər gənclərə uğurlar arzulamış, 23 dekabr 2014-cü il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində yeni-yeni qələbələr diləmişlər.
Yığıncaqda iştirak etmiş gənclər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasəti dəstəklədiklərini bildirmiş, bu siyasətə daim sədaqətli olacaqlarını bəyan etmişlər.
YAP-dan namizədliyi irəli sürülmüş 145 nəfərdən 58 nəfəri, yəni 40 fazini gənclər təşkil etmişdir.

 

Vüqar Məmmədov

Keçidlər