Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyev: Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək

29 iyul 2020 | 16:00

Təcrübə göstərir ki, ictimai maraqların ifadəçisi olan hakimiyyət fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanaraq xalqa təmənnasız xidməti başlıca məqsədə çevirir. Bu vəzifənin reallaşdırılması üçün monolit, gücü, peşəkar komandanın formalaşdırılması, habelə dövlət idarəçiliyinə müa¬sirlik, dinamizm və təşəbbüskarlığın gətirilməsi obyektiv zərurətə çevrilir. İndiki pandemiya şəraitində bu və digər mütərəqqi me¬yarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Yeni dünya reallıqla¬rını obyektiv dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə yürütdüyü məqsədyönlü siyasət də, bu mənada, təkcə dünyada mövcud böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlib.
Dövlətimizin başçısının həyata keçirdiyi struktur və kadr islahatları da dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının for¬malaşdırılması və layiqli namizədlərin, xüsusilə gənclərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır.
Prezident İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin olun¬ması ilə əlaqədar videoformatda qəbulu zamanı diqqətə çatdırdığı fikirlər də bunun bariz ifadəsidir. Dövlətimizin başçısı qəbuldakı çıxışında bununla bağ¬lı deyib: “Ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyi¬nin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir...”.
Ölkə başçısı çıxışında daha son¬ra yeni nazirə müraciətlə təhsildə indiyədək aparılan islahatların daha da dərinləşdirilməsini, bu sahənin ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişafının diqqətdə saxlanıl¬masını və ən müasir tələblərə cavab verməsini tövsiyə edib. Bildirib ki, son illər ərzində təhsildə çox mühüm layihələr reallaşdırılıb, bu sahənin tərəqqisinə böyük qayğı göstərilib. Bu, təsadüfi olmayıb. Çünki hər bir ölkənin indisi və gələcəyi təhsillə bilavasitə bağ¬lıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, onlarda təhsilin səviyyəsi yüksəkdir. Belə şərait isə, şübhəsiz ki, elmi-texniki tərəqqini də şərtləndirir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyala¬ra marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyurlar”.
Yeri gəlmişkən, ölkə Prezidenti¬nin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər bu sahədə islahatlar daha da dərinləşib, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Azərbaycan Prezidenti-nin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilib.
Son illər ərzində təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strate¬giya və proqramlar nəticəsində dövlət büdcəsindən bu sahəyə ayrılan xərclər də əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, ötən il təhsil xərcləri 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1,4 milyard manatdan 2,3 milyard manata çatdırılıb. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artırılıb.
Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində, Birin¬ci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu-nun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi reallaşdırılıb.
Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı təhsil qanunveri¬ciliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı təşəbbüslər də təhsil islahatlarının daha çevik aparılmasına, təhsil siste¬minin beynəlxalq təcrübəyə uyğun¬laşdırılmasına əlverişli zəmin yaradıb. Belə ki, “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və “Peşə təhsili haqqında” Qanun qəbul olunub. Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə edib.
Bütün bu görülən işlərə bax¬mayaraq, mövcud sektorda bun¬dan sonra da müəyyən layihələrin gerçəkləşdirilməsinə zəruri ehtiyac duyulur. Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olun¬ması ilə əlaqədar videoformatda qəbulu zamanı bu barədə deyib: “Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021- 2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.
Dövlətimizin başçısı çıxışında, eyni zamanda, son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görüldüyünü, dövlət xətti ilə həyata keçirilən xərclərin bu sahəyə müsbət təsir göstərdiyini vurğulayıb. Bildirib ki, 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunub – müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Bu diaq¬nostik qiymətləndirmədən uğurla keçən müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Əlbəttə, bu, müəllimlər üçün əlavə bir stimul olub. Eyni zaman¬da, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artıb.
Dövlətimizin başçısı çıxışın¬da son illərdə müəllimliyə marağın güclənməsinin sevindirici bir hal olduğunu vurğulayaraq deyib: “Bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. On¬ların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışırlar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə təhsilin səviyyəsinin artırılma¬sı istiqamətində əlavə addımlar atılma¬lıdır”.
Prezident İlham Əliyev videofor¬matda yeni Təhsil nazirinə tövsiyələrini də çatdırıb. Bildirib ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə apa¬rılan islahatlar dərindən təhlil edilməli və onların ölkəmizə uyğun olan hissəsi Azərbaycanda gerçəkləşdirilməlidir. Bundan başqa, respublikamızda fəaliyyət göstərən xarici ali məktəblərin filiallarının sayı da artırılmalıdır.
Dövlətimizin başçısı çıxışın¬da Azərbaycan təhsilinin ümumi səviyyəsinin yüksəlməsi, bununla para¬lel olaraq, təhsil sisteminin ölkəmizin ümumi iqtisadi inkişafı ilə uzlaşması, ali məktəblərə qəbul mərhələsində bu məqamın dərindən təhlil edilməsi məsələsinə də toxunub.
Azərbaycan Prezidenti çıxışında Təhsil Nazirliyinin aidiyyəti qurumlarla birlikdə dördüncü sənaye inqilabının mövcudluğu şəraitində müəyyən peşələr üzrə mütəxəssislərin hazırlanması məsələsinə xüsusi diqqət yetirməsini də vurğulayıb: “Azərbaycan demoq¬rafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik.
Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər. Ona görə xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir, konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalı¬dır. Müxtəlif tədbirlər, diskussiyalar, müzakirələr keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər”.
Dövlətimizin başçısı çıxışının sonunda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinin hər zaman oldu¬ğu kimi, indiki dönəmdə də önəmli məsələ olduğunu xatırladaraq, onların Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalarının, tarixi, ədəbiyyatı, ana dilini mükəmməl öyrənmələrinin zəruriliyini və bununla bağlı Təhsil Na¬zirliyi üzərinə mühüm vəzifə düşdüyünü diqqətə çatıdırıb.
Prezident İlham Əliyevin çıxışından da göründüyü kimi, müasir dövrün çağı-rışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onla¬ra yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sek-tor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq mümkündür.

Keçidlər