Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Birinci vitse-prezident Mehriban Əliyeva dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün diasporumuzun bütün potensialını birləşdirməyə çağırdı

27 iyul 2020 | 16:00

Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.

Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm.
Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.
Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

İllərdir bütün beynəlxalq təşkilatların toplantılarında, mühüm siyasi arenalarda, eləcə də hərb meydanında Azərbaycana boyun əyən təcavüzkar Ermənistan indi başqa hiyləyə əl atıb. Terroru dövlət səviyyəsində dəstəkləyən, faşizm ideologiyasına əsaslanan bu ölkə indi də azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib. Erməni terror təşkilatlarının üzvlərinin, eləcə də müxtəlif ölkələrdə yaşayan ermənilərin yeni terror dalğası başlayıb.
Son 10 gün ərzində ermənilərin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və müxtəlif şəhərlərdə dinc aksiya keçirən soydaşlarımıza qarşı həyata keçirdikləri çirkin təxribatlar, insanlığa yaraşmayan hərəkətlər bunu bir daha təsdiqləyir.
Artıq bir neçə gündür Avropa ölkələrində yaşayan soydaşlarımız Ermənistanın ölkəmizin dövlət sərhədlərini pozmaq cəhdləri, hərbçilərimizin və günahsız dinc əhalinin, mülki şəxslərin atəşə tutulması, qətlə yetirilməsi barəsindəki real həqiqətlərin dünya xalqlarına obyektiv şəkildə çatdırılması ilə bağlı icazəli dinc aksiyalar keçirirlər.
Lakin bu aksiyalar erməni lobbisini ciddi şəkildə narahat etməkdədir. Dinc nümayiş keçirən, ədalətli mövqe tutan azərbaycanlılara qarşı söz vasitəsilə, demokratik yolla cavab vermələrinin mümkünsüz olduğunu anlayan ermənilər yeganə çıxış yolunu təxribat törətməkdə görürlər. Soydaşlarımıza xəsarət yetirmələri, təhqiramiz addımlar atmaları, söyüş və böhtanlarla onları aşağılamaları isə bədnam erməni xislətinin, erməni vandalizminin eybəcər təzahürləridir.
Bu çirkin əməllər, əlbəttə ki, xalqımızda ciddi narahatlıq doğurur. Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanı da dərindən hiddətləndirib.
Baş verən hadisələrlə bağlı həmvətənlərimizə etdiyi müraciətdə Mehriban xanım Əliyeva haqlı olaraq vurğulayır ki, onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz "eybəcər bəhrəsini” verir - ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.
Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib.
2017-ci ildə ikiyaşlı Zəhra Quliyeva və nənəsinin, 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizovun erməni təcavüzkarları tərəfindən qətlə yetirilməsini xatırladan Birinci vitse-prezident erməni təbliğat-təşviqat şəbəkəsinin 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı apardığını bildirib: "Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.
Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər”.

Keçidlər