Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyevin hücum diplomatiyası nəticəsində beynəlxalq təşkilatlar haqq işimizə dəstək verdi

24 iyul 2020 | 16:00

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu döyüşlərdə düşmən başından zərbə aldı. Bu zərbəni isə Azərbaycan vurdu. Ona görə təxribatı törətdikləri ilk gün geri otuzdurulduqdan sonra dərhal riyakarcasına Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına müraciət etdilər. Kənardan özlərinə kömək axtardılar, üzvü olduqları təşkilatları münaqişəyə cəlb etdilər. Lakin unutdular ki, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasəti və şəxsi dostluq münasibətləri nəticəsində KTMT üzvü olan dövlətlər Ermənistan istisna olmaqla, Azərbaycanın ən yaxın, hətta strateji tərəfdaşlarıdır. Ən mühümü isə odur ki, bu dövlətlərdən üçü - Belarus, Qazaxıstan və Qırğız Respublikası beynəlxalq təşkilatların xətti ilə Ermənistanın təxribatı ilə bağlı Azərbaycanın haqlı mövqeyinə birmənalı dəstəyini ifadə ediblər. Elə bunun nəticəsidir ki, KTMT Paşinyanın müraciətini cavabsız qoydu.
Ən əsası isə odur ki, Ermənistan gördü ki, Azərbaycanın qarşısında duruş gətirməyə gücü çatmaz. İki gün öncə Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bu barədə danışan Prezident İlham Əliyevin "Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq” deməsində çox böyük həqiqət vardı. Paşinyan da, Ermənistan ictimaiyyəti də bu həqiqəti bilir və başa düşürlər ki, əgər döyüş meydanında Azərbaycanla üz-üzə qalsalar, məhvə məhkumdurlar.

Keçidlər