Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyev: Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq

15 iyul 2020 | 16:00

Azərbaycan Ordusu ölkəmizin dövlət sərhədini növbəti dəfə qətiyyətlə qorudu
İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan qoşunların təmas xəttində gərginliyi artırmaqda davam edir və bu məqsədlə vaxtaşırı təxribatlar törədir. Düşmən ölkə belə bir təxribata növbəti dəfə iyulun 12-də əl atıb. Xəbər verildiyi kimi, bəhs olunan tarixdə günorta saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribat törədərək qəflətən hərbi postumuza artilleriya atəşi açıb. Düşmənin bu çirkin təxribatının nəticəsində bir neçə hərbiçimiz həlak olub və yaralanıb.
Şəhidlər versək də, bu dəfə də ordumuz Ermənistan silahlı qüvvələrinin təxribat cəhdlərinin qarşısını qətiyyətlə alıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, ordumuzun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib, qarşı tərəfin bir neçə hərbi obyektini və texnikasını sıradan çıxarıb. Yeri gəlmişkən, ordumuz tərəfindən Ermənistanın növbəti təxribat cəhdlərinin qarşısının alınması iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da yüksək dəyərləndirilib. “Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”, - deyə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bildirib.

Keçidlər