Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir.

14 iyul 2020 | 16:00

Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan bu Vətənin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır.
Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “ xəmirimiz” vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”.
Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb , bağçada , məktəbdə davam etməli , cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
Prezidentimiz İlham Əliyev demişdir : "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”.
Bağçada uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması üçün müxtəlif üsullardan istifadə edirlər, hər gün himn səsləndirilir , vətənpərvərlik mövzusunda mahnı və şerlər öyrədilir , uşaqlar dövlət atributlarının şəkillərini çəkirlər. Ailədə vətənə məhəbbət hissi aşılanmasa , bağçada aparılan işlərin təsiri az olur. Çünki, uşaq bağçadan çox, anadan , atadan aldığı informasiyanı ürəklə qəbul edir.
Vətənpərvərlik hissinin aşılanması məktəbdə davam etdirilir . Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb- oxuduqları ilk kəlmələr “Ana” və “Vətən” kəlmələri olur .
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.
Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət- Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” – bu sözlər Ulu öndərimizə məxsusdur. Bəli , biz də fəxr edirik ki, Azərbaycanlıyıq.
Azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir.

Keçidlər