Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan Prezidenti cənab İlham Əliyevin pandemiya ilə mübarizəsi qlobal həmrəylik nümunəsi kimi

08 iyul 2020 | 16:00

COVID-19-a qarşı mübarizə sahəsində ilk regional həmrəylik təşəbbüsü Prezident İlham Əliyevin hələ apreldə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu qurumda bir araya gələn dövlət və hökumət başçılarının fövqəladə Zirvə görüşünü keçirməsi idi.
Bu təşəbbüs sayəsində Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat oldu. Dünyanın əksər ölkələrində pandemiyanın genişlənməsi, kütləvi yoluxma və insan itkiləri səbəbindən böyük isterikanın yaşandığı günlərdə nümayiş etdirilən belə bir təmkinli yanaşma, Türk Şurası formatında aparılan faydalı müzakirələr və təqdim edilən uyğun həllər bütün dünyada böyük maraq doğurdu.
Hər kəs fərqində oldu ki, sərhədləri bir-birinin üzünə qapamaq problemdən çıxış yolu deyil. Fiziki sərhədlər möhkəmləndirildiyi qədər mənəvi sərhədlər ortadan götürülməlidir, ölkələr, xalqlar eyni düşmənə qarşı mübarizədə birləşməlidir. Ümumi evimiz olan dünyanı qorumaqdan ötrü hər kəs imkanlarını ortaya qoymalıdır.
Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun da COVID-19 pandemiyası ilə bağlı onlayn Zirvə görüşü keçirildi. Yada salaq ki, Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirir və BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat sayılır. Belə bir qurumun pandemiya mövzusuna Zirvə görüşü həsr etməsi tarixi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşkil edilmiş Zirvə görüşünün tarixi rolunu, qlobal faydalarını şərtləndirən həm də o idi ki, burada təkcə Qoşulmama Hərəkatına üzv dövlətlərin rəhbərləri yox, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər.
Elə Azərbaycan Prezidenti cənab İlham Əliyev qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifini də Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündəki çıxışı zamanı irəli sürdü.
Bu təşəbbüs əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edildi. Qərarın qəbuluna dünyanın 130 dövlətinin dəstək verməsi bir tərəfdən Azərbaycan Prezidentinin təklifinin qlobal əhəmiyyətini, digər tərəfdən beynəlxalq ictimaiyyətin ölkəmizə, dövlət rəhbərimizə olan böyük inamının göstəricisidir. Belə bir inamsa bir günün içində yaranmayıb. Cənab İlham Əliyev ölkəmizə də, Lider olaraq öz şəxsinə də bu inamı strateji düşüncə qabiliyyəti, təmkini, müdrik zəkası, təhlil bacarığı, qərarvermə əzmi ilə formalaşdırıb.
Bütün bunlar Azərbaycan Prezidentinin beynəlxalq miqyaslı problemlərin aradan qaldırılması yönündə irəli sürdüyü ilk təşəbbüslər deyil. Bu təşəbbüslərin qəbul edilib həyata keçirilənləri, öz məqsədinə çatıb, effektiv nəticələr yaradanları çox olub.
İndi beynəlxalq siyasətin aparıcı simaları arasında belə bir əminlik var ki, əgər hər hansısa bir təklifi Azərbaycan Prezidenti irəli sürürsə, deməli, o təklifin perspektivlərinə inanmağa dəyər.
Cənab İlham Əliyevin təşəbbüslərini uğurlu edənsə onun dünya reallıqlarını düzgün dəyərləndirə bilməsidir. Yanaşmalarının hər hansı populizmə deyil, soyuq başla aparılmış hərtərəfli analizlərə əsaslanmasıdır. Qlobal trendlərlə bağlı zəngin informasiyalara söykənməsidir. Mövcud reallıqların, meyillərin necə bir gələcəyə doğru aparması ilə bağlı aydın vizyona sahib olmasıdır.
Təbii ki, bütün bunları tamamlayan Azərbaycan Prezidentinin zəngin idarəçilik təcrübəsi, beynəlxalq münasibətlər sistemi və qlobal iqtisadiyyat haqqında geniş bilikləri, dünyanın bu günü qədər tarixi haqqında da dərin biliklərə sahib olmasıdır.
BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi dünyaya nə verəcək?
Belə bir sessiya, ilk növbədə, beynəlxalq ictimaiyyətin ümumi bəlaya qarşı toparlanmasına şərait yaradacaq. Nə gizlədək, qəfildən yaxalandığı böhrandan, pandemiyanın qısa zamanda bu qədər geniş miqyas almasından, ötən ilin bu gününə qədər heç kimin ağlına belə gəlməyəcəyi gözlənilməzliklərdən dünya indi param-parça, dağınıq haldadır. Çıxış yollarının müzakirəsindən, effektiv həllərin tapılmasından, gələcək üçün birgə addımların planlaşdırılmasından ötrü ölkələrin bir araya yığışması, obrazlı desək, dünyanın özünə gəlməsi çox mühümdür.
Bütün suallara dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyasında aydınlıq gətirilməsində çox böyük fayda var. Bu, cavabsız sualları ortadan götürər, qlobal etimadı və qarşılıqlı əməkdaşlığı möhkəmləndirər və dünyanın bəladan qurtuluşuna mühüm töhfə olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderlik salnaməsində pandemiyaya qədərki və postpandemiya dövrləri ayrı-ayrı mərhələlər təşkil edəcək.
Əgər COVID-19-a qədər Azərbaycan Prezidenti regionun lider dövlətinin rəhbəri, Avrasiya məkanının əsas söz sahiblərindən biri idisə, pandemiya dövrünün reallıqları cənab İlham Əliyevi artıq qlobal miqyaslı liderlərdən biri səviyyəsinə yüksəldir.

Keçidlər