Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə icra başçısı polislə birgə reyd keçirdi

04 iyul 2020 | 16:00

İyulun 4-də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə İcra  Hakimiyyətində yaradılmış operativ qərargahın üzvləri koronavirus (COVİD-19) pandemiyasının Daşkəsən rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə reyd keçirilib.
Daşkəsən rayonunda fəaliyyət göstərən Operativ  Qərargah tərəfindən tərkibinə İHB aparatının, İHB-nin İƏD üzrə nümayəndəliklərinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə işçiləri, YAP şəhər, rayon təşkilatının fəalları, ictimaiyyətin nümayəndələri, könüllülər və digər məqsədəmüvafiq hesab edilən şəxslərdən ibarət olmaqla 46 mobil qruplar yaradılmışdır.
Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını,  avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Əhali ilə söhbət zamanı İcra başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınması üçün bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırıb. O, bir daha vətəndaşları gigiyenik tələblərə ciddi əməl etmələrinin, tibbi-qoruyucu vasitələrdən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini qeyd edib.
Reyd zamanı 30-a yaxın iaşə və ticarət obyektinə baş çəkilib, vətəndaşlar və obyekt sahibləri tərəfindən koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlərə  riayət olunmasına, əlcək və maskalardan istifadə edilməsinə diqqət yetirilib. Küçə ticarətinə son qoyulması, antisanitariya yaradan halların təkrarlanmaması üçün xəbərdarlıqlar olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilib. Reyd zamanı 1 ticarət obyektinin sahibi  və 2 vətəndaş qərarların məsuliyyətindən yayındığına görə cərimələnib, 12 vətəndaşa, 3 ticarət obyektinə, 2 bərbərxanaya xəbərdarlıq edilib.
Reyddə RİH başçısının çağırışını rəğbətlə qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə Prezident cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını, karantin dövründə həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə göstərilən maddi və mənəvi qayğıya görə minnətdarlıq edib, karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər.
Görüş və söhbətlər zamanı 100-dən artıq şəhər sakininə maskalar paylanıb.
Bu cür reydlər rayonda mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər