Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı yanında operativ qərargahın növbəti iclası keçirilib

02 iyul 2020 | 16:00

İyulun 2-də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə Daşkəsən rayonu ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər barədə Qərargah üzvlərinin növbəti iclası keçirilib.
Qərargahın sədri Əhəd Abıyev iclasda Daşkəsən rayonunda COVİD-19 pandemiyasına qarşı görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat verib.
O, çıxışında vurğulayıb:
- Hazırda Daşkəsən rayonunda koronavirus infeksiyası ilə bağlı xüsusi operativ qərargah fəaliyyət göstərir. Operativ qərargahın köməkliyi ilə koronavirusla bağlı karantin rejiminin tələblərinə, dövlətin zəruri bildiyi bütün tələblərə, tapşırıq və tövsiyələrə uyğun addımlar atılır.
Rayon ərazisində qabaqlayıcı tədbirlərə uyğun olaraq ictimai yerlərdə sanitar-dezinfeksiya işləri mütəmadi aparılmalı, habelə bütün yaşayış məntəqələri üzrə təşkil olunmuş mobil qruplar vasitəsilə xüsusi karantin rejiminin qaydaları ilə bağlı əhali arasında geniş maarifləndirici və izahedici  işlər bundan sonra da davam etdirilməlidir.
Əhəd Abıyev qeyd edib ki, iyulun 1-də Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov,  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev, şəhər və rayonların icra hakimiyyətlərinin başçıları, polis şöbələrinin rəisləri, prokurorları, Dövlət Təhlükəsizlik Xidmətinin yerli şöbələrinin rəisləri iştirak ediblər. Müşavirədə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən şəhər və rayonlarda sanitar-epidemioloji vəziyyət, koronavirus infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin icra vəziyyəti müzakirə olunub və əhali tərəfindən sanitar-gigiyenik qaydalara riayət edilməsi üçün nəzarətin bir daha da gücləndirilməsinə ehtiyac olduğu bildirilib. Baş Nazir hörmətli Əli Əsədov rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərdə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda işlərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb, verilən tapşırıqların vaxtında və qüsursuz icra olunmasını tapşırıb.
Əhəd Abıyevin çıxışından sonra müşavirdə rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov, rayon İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Meydanəli Yolçuyev,  rayon Polis şöbəsinin rəisi Azay Ağayev, prokuror Maarif Hüseynov, rayon mərkəzi xəstəxanasının direktoru Mirzəkərim Tağıyev, Qeydiyyat şöbəsinin müdiri Ceyhun Qurbanov və Statistika idarəsinin rəis müavini Dürdanə Həsənova çıxış edərək COVİD-19 pandemiyasına qarşı Daşkəsən rayonunda görülən tədbirlərin icra vəziyyətini müzakirə ediblər.    
İclasın sonunda rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət olunması, əhali arasında müayinələrin davam etdirilməsi,  mobil qruplar və xüsusi təbliğat vasitələrindən istifadə etməklə əhali arasında maarifləndirilmə işlərinin gücləndirilməsi, bankomatların, terminalların, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçələrin dezinfeksiya edilməsinə nəzarətin artırılması ilə bağlı qərar qəbul olunub və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Elmar Əliyev
Daşkəsən RİHBA-da İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər