Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən şəhərinin küçələrində daha bir gücləndirilmiş dezinfeksiya işləri aparılıb

30 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Daşkəsən rayon  İcra hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə rayon ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində kompleks tədbirlər davam etdirilir.
Daşkəsən rayon  İcra hakimiyyətinin birbaşa nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən səhər saatlarından şəhərin əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Dezinfeksiya işləri Daşkəsən şəhərinin mərkəzi küçələri ilə yanaşı, rayonun digər qəsəbə və kəndlərinin küçələrdə də aparılacaq.
Eyni zamanda mobil qrupların və könüllülərin yaxından dəstəyi ilə  xüsusi qrafikə uyğun olaraq yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteynerlər və çalalarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilib.

Keçidlər