Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir

26 iyun 2020 | 16:00

Müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini daha da artırır. Faktlar və reallıqların əks etdirdiyi kimi, yüksək inkişaf göstəriciləri bütün sahələri əhatə edir. Bu baxımdan, ölkədə ordu quruculuğu sahəsində görülən məqsədyönlü işlərin və aparılan islahatların nəticəsində əldə olunmuş uğurları da xüsusi vurğulamaq lazımdır.

Azərbaycanda nizami və güclü ordu quruculuğunun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir.
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində müəyyən silahlı birləşmələr yaradılmışdı. Amma onlar ayrı-ayrı şəxslərə, siyasi partiyalara və s. tabe idi. Torpaqlarımızın işğalına bir səbəb də ordunun belə vəziyyətdə olması idi. Çünki bir batalyon hücuma keçəndə digəri geri çəkilirdi. Bütün bunlara görə isə faciələrlə rastlaşırdıq. Vahid komandanlığın olmaması ordunu çətin duruma salmışdı. Həmin illərdə silahlı qüvvələrimizə  rəhbərlik edənlərin əksəriyyəti xarici qüvvələrin əks-kəşfiyyatı ilə bağlı idi. Müdafiə naziri və onun bəzi müavinləri üçün xaricdən verilən göstərişlər daha əhəmiyyətli idi. Yəni onlar respublika rəhbərliyinin mövqeyinə əhəmiyyət vermirdilər, bu da ordu ilə siyasi hakimiyyət arasında ciddi qarşıdurmalara səbəb olmuşdu. Bütün bunlar isə, nəticə etibarilə, ölkəmizə ciddi problemlər yaradırdı. Xüsusilə də, 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xəyanətkar, eləcə də həmin dövrdə müdafiə naziri olan riyaziyyat müəlliminin yarıtmaz və antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir.
Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırdı. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Ümumiyyətlə, müstəqil ölkəmizin güclü - qüdrətli ordusunun memarı olan Ümummilli Lider Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet illərində Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Hansı ki, həmin məktəb bu gün də müstəqil Azərbaycanın Ordusu üçün zabitlər hazırlayır. Yəni ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub.

Keçidlər