Daşkəsən rayonunda vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam edir
Daşkəsən rayonunda vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi çərçivəsində Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri könüllülərlə birgə aksiyaya başlayıb. Koronavirus infeksiyasına qarşı keçirilən aksiya zamanı küçələrdə, dayanacaqlarda, marketlərdə vətəndaşlara tibbi maskalar və TƏBİB tərəfindən hazırlanmış koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalar, eləcə də parça maskaların hazırlanmasına dair təlimatla bağlı broşürlər paylayıblar.
Vətəndaşlara ictimai yerlərdə və alış-veriş mərkəzlərində COVID-19 infeksiyasının proflaktikasına dair tövsiyələrin, o cümlədən maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi izah olunub.
Qeyd edək ki, ictimai yerlərdə maskaların və flayerlərin paylanılması qarşıdakı günlərdə də davam etdiriləcək.
Aksiyanın rayonun bütün yaşayış məntəqələrini əhatə etməsi nəzərdə tutulub.