Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə intensiv dolu və güclü leysan yağışları bir sıra fəsadlar yaradıb

18 iyun 2020 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev rayon ərazisində son günlər və xüsusilə də iyunun 18-də saat 15:00 radələrində intensiv dolu və leysan yağışlarının yaratdığı fəsadlardan və dəymiş ziyanların daxili imkanlar hesabına aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
İntensiv dolu və leysan yağışlarının yağması nəticəsində Daşkəsən şəhərində, rayonun qəsəbə və kəndlərində əkin sahələrinə, fərdi  təsərrüfatlara, şəxsi minik avtomobillərinə, elektrik dirəklərinə və xətlərinə xeyli ziyan dəyib.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Fövqəladə Hallar Komissiyası tərəfindən rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün müvafiq işlər aparılır.
Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

https://www.youtube.com/watch?v=zsb0K15Ht-c&t=16s

Keçidlər