Azərbaycanın dinamik inkişafının əsasında Heydər Əliyev ideyaları dayanır
Xalqımız hər zaman ən çətin sınaqlar qarşısında qalanda, tarixi məqamlarda doğru qərarlar qəbul etmək bacarığını ortaya qoymuşdur. 1993-cü ildə Azərbaycan xalqı yenə də ən doğru qərarı qəbul edərək ölkəmizin xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevə həvalə etdi.
Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin, sözün həqiqi mənasında, xilası tarixidir. Və bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevdir.
Ulu Öndər Azərbaycan xalqının yaddaşında dövlətçiliyimizin simvolu kimi qalır, onun siyasi hakimiyyətə qayıdışı isə ictimai şüurda ölkəmizin mövcudluğunun, müstəqilliyinin təminatı kimi dərk olunur, dəyərləndirilir. O, hər zaman xalqının xilaskarı, bayraqdarı missiyasını uğurla və şərəflə həyata keçirmiş, müasir müstəqil Azərbaycan dövlətinin arxitekturasını yaratmış böyük öndərdir.