Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə ümumi (9 illik) təhsil səviyyəsi üzrə yekun buraxılış imtahanı keçirilib

10 iyun 2020 | 16:00

Daşkəsəndə bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq və xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə ümumi (9 illik) təhsil səviyyəsi üzrə yekun buraxılış imtahanı keçirilib.
İmtahan Daşkəsən rayonunda 2 binada - Daşkəsən şəhər İ.Nəsimi adına 1 №-li və  A.Mürsəlov adına 2 №-li tam orta məktəblərdə aparılıb.
Bütün şagirdlər maskadan istifadə edərək imtahana gəliblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müvafiq sərəncamı ilə imtahan keçirilən binaların mühafizəsi, həmçinin səhiyyə xidmətinin həyata keçirilməsi üçün təcili tibbi yardım briqadasının və yanğınsöndürən avtomobillərin xidməti təşkil olunmuşdur.
İmtahan Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və aidiyyəti üzrə digər məsul şəxslərin nəzarəti ilə karantin qaydalarına uyğun keçirilərək yekunlaşmışdır.

Keçidlər