Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan pandemiya dövründə həyata keçirdiyi uğurlu sosial siyasətlə də fərqlənir

05 iyun 2020 | 16:00

Vətəndaşların sosial rifah halının daha da gücləndirilməsi üçün davamlı addımlar atan Azərbaycan pandemiya dövründə həyata keçirdiyi uğurlu sosial siyasətlə də fərqlənir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin tərkib hissələrindən biri də DOST mərkəzləridir. Dövlət başçısının mayın 19-da yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirdiyi kimi, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür.
Bundan öncə açılan iki mərkəzin fəaliyyəti çox uğurlu olub və bu addıma görə də Azərbaycanın təcrübəsi beynəlxalq aləmdə nümunə olaraq göstərilir. Prezidentin müsahibəsində də bildirdiyi kimi, burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

Keçidlər