Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Karantin rejimi ilə bağlı sərt qərarların qəbulu vacib idi

06 iyun 2020 | 16:00

Əksər vətəndaşların son zamanlar karantin rejiminə əməl etməməsinə görə yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandı. Bu səbəbdən də hökumət karantin rejiminin yenidən sərtləşdirilməsi barədə qərar qəbul etdi.
Xəstəliyin yayılmasının qarşısının alınması üçün sərt qərarın qəbulu vacib idi. Koronavirus pandemiyası dünyanı bürüyən bir bəladır. Bu xəstəlikdən çox sayda ölüm halları da var. Hökumət və müvafiq qurumlar əllərindən gələni etdilər ki, Azərbaycan xalqı bundan mümkün qədər az zərərlə çıxsın. Bununla bağlı müəyyən nəticələr də əldə edildi. Lakin bir balaca yumşalma olan kimi xəstəlik sayında artım müşahidə edildi. Çünki bir çox vətəndaşlarımız intizamsızlıq nümayiş etdirərək müəyyən olunmuş qaydalara və qadağalara əməl etmədilər. İctimai yerlərdə maskadan istifadə edilməməsi, sosial məsafənin qorunmaması tətbiq edilən xüsusi karantin rejimi nəticəsində əldə edilən müsbət tendensiyanı mənfiyə doğru dəyişdi. Bu cür intizamsızlıq təkcə özünə qarşı deyil, həm də digərlərinə qarşı etinasızlıq və təhlükə yaratmaqdır.
Həftəsonları tam məhdudiyyət vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Məhdudiyyətin yalnız həftənin iki gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatlığının olmamasını deməyə əsas verir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur.
Maskanı taxmaq çətin məsələ deyil, hamı bilməlidir ki, həm özünün, həm də digərlərinin sağlamlığı üçün bunu etmək vacibdir. Vətəndaşlar bu məsələdə prezidentdən nümunə götürməlidir. Dövlət başçısı belə rayonlara səfəri zamanı tibbi maskadan istifadə edirsə, adi vətəndaşlar niyə etməsinlər?

Keçidlər