Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur.

04 iyun 2020 | 16:00

Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır. Vətəndaşlar bu məsuliyyəti dərk etməlidirlər ki, pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus hələ bir müddət bizimlə dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalı, öz məsuliyyətini hiss etməli, və nizam-intizama əməl etməlidir. Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparılmışdır. Ölkə rəhbərliyi tərəfindən görülən qabaqlayıcı tədbirlər imkan verdi ki, pandemiyanın geniş vüsət almasının qarşısı alınsın. Bunu həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar görür və təqdir edir. Qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrlə Azərbaycandakı vəziyyəti müqaisə etsək görərik ki, ölkələrin bəzilərində bu günə qədər ölənlərin sayı 10 minə yaxın insan olsa da Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Vaxtında tətbiq edilmiş qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna da nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, cənab Prezidentin gördüyü işlərə verilən yüksək qiymət, görülmüş işlərin məntiqi nəticəsidir. Çünki əvvəldən dövlətimizin məqsədi xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki ölkə rəhbərliyi bu məsələlərlə də ciddi məşğul olmuş, ləngimələrə yol verilməmişdir. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, dövlətimiz hər ikisini yetərincə təşkil etdi. Hörmətli qəbələlilər, hər birinizi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq. Nə qədər çox məsuliyyətli olsaq o qədər tez pandemiyaya qalib gələcəyik. Güc birlikdədir. Birilikdə olaq ki, bütün dünyanı sarmış pandemiyaya daha tez qalib gələk.

Keçidlər