POSTPANDEMİYA DÖVRÜNƏ HAZIRLIQ
Koronavirusdan zəruri qorunma taktikası dünya iqtisadiyyatına güclü zərbə vurdu!
Bu mənfi təsir hələ də davam etməkdədir!
Nələri nəzərdə tuturuq:
* ölkələr virusdan qorunmaq üçün sərhədlərini bağladılar, təyyarə uçuşları, iqtisadi və turizm əlaqələri kəskin şəkildə məhdudlaşdırıldı;
* xidmət sahələri, hotelçilik fasilə verməli oldu;
* bir sıra istehsal sahələri, çoxsaylı insanların birgə çalışdıqları müəssisələr dayanmaq məcburiyyətində qaldı;
* kütləvi tədbirlər, toy şənlikləri, idman yarışları qadağan edildi;
* neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ciddi maliyyə problemləri yaratdı;
* büdcəyə ödəmələrin azalması və dayanması qarşıdakı dövrdə ciddi çətinliklərdən xəbər verməkdədir!
Əlbəttə, bütün bunlar insanları qorumaq naminə atılan zəruri addımlar sayılsa da, iqtisadiyyatda durğunluq və geriləmə ilə nəticələnmişdir!
Dünya çox ciddi böhran ərəfəsindədir!
Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq iqtisadiyyatda yaranacaq fəsadları qarşılamaq və daha ağrısız keçirmək üçün önləyici tədbirlər görülmüş və görülməkdədir. Dövlət başçısının uzaqgörənliyi ilə yaradılan valyuta ehtiyatı, qeyri-neft sektorunun inkişafı sayəsində son dövrlərdə həyata keçirilən mühüm tədbirlər, sahibkarlığın inkişafına verilən dəstək və kənd təsərrüfatında mövsümi işlərin uğurlu aparılması Azərbaycanın gözlənilən iqtisadi böhrandan uğurla çıxacağından xəbər verir.
Pandemiyanın daha bir - üçüncü dalğası da gözləniləndir!
Azərbaycan dövlət başçısının önləyici tədbirləri sayəsində buna da hazırdır!
Bəladan itkisiz sovuşmaq mümkün deyil!
Ancaq indiyədək görülən işlər və qabaqlayıcı addımlar ölkəmizin yaxşı qorunanlar sırasında yer alacağından xəbər verir!
Çünki öndə İlham Əliyev kimi xalqını sevən, onu qorumağı bacaran, hadisələri qabaqlayan rəhbər vardır!