Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Kitab sovqatı” aksiyası keçirib

02 iyun 2020 | 16:00

“AZERGOLD” QSC Heydər Əliyev Fondunun Regional İnkişaf ictimai Birliyinin dəstəyi ilə Daşkəsəndə “Kitab sovqatı” aksiyası keçirib. 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibətilə təşkil olunan aksiya çərçivəsində Daşkəsən rayonunun Çovdar və Quşçu  kəndlərində yaşayan 100-dən çox uşağa kitab və şirniyyatlardan ibarət hədiyyə bağlamaları təqdim edilib. Kitablar daha çox 10 yaş ətrafındakı uşaqların psixologiyasına uyğun, ən çox bəyənilən və uşaqlarla yanaşı, böyüklərin də həvəslə oxuduğu dünya və yerli ədəbiyyat nümunələrindən seçilib. Bu kitablar uşaqlara cəsarət, mübarizə, qorxmazlıq, arzularının arxasınca getmək, dostluq və sevgi kimi dəyərləri aşılayır.

Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edilən uşaqların hazırkı dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir.

Qeyd edək ki, “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip aksiyalar sosialyönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

Keçidlər