Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır

15 may 2020 | 16:00

Prezident İlham Əliyev: Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq
200-dən çox ölkəyə yayılan koronavirus pandemiyası (COVİD-19) dünya miqyasında ciddi fəsadların meydana çıxmasına səbəb olub. Acı reallıqdır ki, hər gün virusa yoluxan minlərlə insan həyatını itirir, hətta dünyanın aparıcı ölkələrinin belə səhiyyə sistemləri ciddi çətinliklərlə üzləşiblər.  Xəstəliyin risk amillərinin yüksək olduğunu nəzərə alan Azərbaycan dövləti pandemiya şəraitində özünün bir sıra prioritetlərini müəyyənləşdirib ki, bunların sırasında da insanların həyatının qorunması başlıca məqsəd kimi təsbit olunub. Prezident İlham Əliyev son vaxtlarda baş tutan müxtəlif dövlət tədbirlərində dəfələrlə bəyan edib ki, pandemiyanın iqtisadiyyata və digər sahələrə vurduğu ziyanı bir qədər tez, bir qədər gec aradan qaldırmaq mümkündür, əsas məsələ isə insanların sağlamlığını, onların həyatını qorumaqdır. Dövlətimizin başçısı mayın 7-də Bakıda istifadəyə verilən modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra tibb işçiləri ilə görüşdə söylədiyi nitqində ölkə vətəndaşlarının sağlamlığının qorunmasının aparılan siyasətin əsas məqsədi olduğunu bir daha nəzərə çatdıraraq “Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq”, - deyə vurğulayıb.
Ölkəmizdə formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir
Azərbaycan koronavirus pandemiyasına qarşı dünya üzrə ən səmərəli mübarizə aparan ölkələr sırasında yer alır. Respublikamızın bütün imkanları bu təhlükəli xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısının alınmasına, yoluxma zəncirinin qırılmasına və pandemiya şəraitində insanların sosial müdafiəsinin təmin edilməsinə səfərbər olunub. Ölkə miqyasında həm Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına, həm də müvafiq qurumların birgə hazırladıqları dəstək proqramlarına uyğun olaraq müxtəlif qabaqlayıcı addımlar atılır, məhdudlaşdırıcı və sosial təcridetmə tədbirləri reallaşdırılır.
Eyni zamanda, ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində atılan zəruri məhdudlaşdırıcı və sosial təcridetmə addımları gücləndirilmiş səhiyyə tədbirləri ilə tamamlanır.  Öz növbəsində, ölkəmizdə formalaşmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir. Qeyd edək ki, son 16 ildə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Təqdirəlayiq haldır ki, yeni yaradılan  səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Belə ki, son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Eyni zamanda, bütün ölkə üzrə yaradılan müasir tibb ocaqlarının maddi-texniki bazası da kifayət qədər yüksək səviyyədədir  - onların hamısında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan yüksək səviyyəli avadanlıqlar quraşdırılıb ki, bu da müxtəlif xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və səmərəli şəkildə müalicəsinə imkan verir.
Azərbaycanın belə geniş və müasir səhiyyə infrastrukturundan istifadə etməklə pandemiya şəraitində insanların sağlamlığının qorunması məqsədilə həyata keçirdiyi tədbirlər müxtəlif istiqamətləri əhatə edir. Xəstəliyin erkən mərhələdə aşkarlanmasını təmin etmək məqsədilə ölkənin ayrı-ayrı bölgələrində 23 müasir  laboratoriya qurulub, həmçinin yeni laboratoriyaların alınması da nəzərdə tutulub. Yuxarıda bəhs olunan görüşdə də bildirildiyi kimi, respublikamız testlərin aparılması üzrə yaxşı nəticələr qazanıb. Belə ki, hazırda Azərbaycan aparılan testlərin adambaşına düşən sayına görə dünya miqyasında qabaqcıl yerlərdən birini tutur.
Bunlarla yanaşı, paytaxt Bakıda və regionlarda ölkənin ən yaxşı xəstəxanaları COVİD-19-a yoluxan xəstələrin müalicəsinə cəlb olunub. Bu da respublikamızda bütün koronavirus xəstələrinin səhiyyə müəssisələrində yerləşdirilməsinə imkan verib. Bunu Azərbaycanın böyük üstünlüyü kimi dəyərləndirən Prezident İlham Əliyev deyib: “Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar”.
Respublikamızda koronavirus xəstələrinin müalicəsinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə səhiyyə infrastrukturunun daha da genişləndirilməsi nəzərdə tutulub. Artıq ölkəmizin müxtəlif bölgələrində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın tikintisinə start verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin 7 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon manat vəsait ayrılıb. Dövlət başçısının 9 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncamla isə sənəddə qeyd olunan məqsədlərdən ötrü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat vəsait ayrılıb. Koronavirus pandemiyasına qarşı mübarizədə fədakarlıq göstərən həkimlərə də hərtərəfli dövlət qayğsı göstərilir. Koronavirus xəstələrinə xidmətə cəlb olunan həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb.
Ümumiyyətlə, respublikamızda pandemiya şəraitində reallaşdırılan səhiyyə tədbirlərinə ayrılan maliyyə vəsaitinin həcmi kifayət qədər böyükdür. Ölkəmizdə bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə 350 milyon manat vəsaitin yönəldilməsi təmin edilir. Görüşdə bildirilib ki, Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işin düzgün təşkil edilməsi məqsədilə birinci tranşda ayrılan 100 milyon manat vəsaitdən əlavə daha 150 milyon manatın ayrılması da nəzərdə tutulub.
Paytaxtımızda Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. May ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub.
Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir
Yuxarıda deyilənlərdən də göründüyü kimi, Azərbaycan dövləti həm ölkə ərazisində pandemiyanın daha geniş miqyasda yayılmasının qarşısının alınması, həm də insanların sağlamlığının və həyatının qorunması üçün bütün resursları səfərbər edib. Eyni zamanda, respublikamızda karantin rejiminin müəyyən qədər yumşaldılmasına start verilib. İlkin mərhələdə aprelin 27-dən, sonradan isə mayın 4-dən daha yumşaq karantin rejimi qüvvədədir. Yumşaldılma tədbirlərinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub.
Şübhəsiz ki, karantin rejiminin yumşaldılması heç də pandemiya dövrünün sona çatması anlamına gəlməməlidir. Hələlik heç kəs təhlükənin nə vaxt bütünlüklə aradan qalxacağını proqnozlaşdıra bilməz. Təəssüf doğuran haldır ki, bəzi məsuliyyətsiz insanlar müəyyənləşdirilən qaydalardan kənarda qalmağa çalışırlar, maska taxmırlar, ictimai yerlərdə, mağazalarda bir-biriləri ilə məsafə saxlamırlar. Hər kəs bilməlidir ki, belə hallara qətiyyən yol vermək olmaz. Bəzi insanların karantin qaydalarını gözləmədiklərini nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb:  “Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq”.
İndiki halda koronavirusun yayılmaması üçün vətəndaş məsuliyyəti əsas şərtdir. Maska taxmaq, məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək kimi qaydalara əməl olunmalıdır. Bilməliyik, hər birimiz müəyyənləşdirilmiş qaydalara əməl etməklə özümüzü, ailəmizi və digər yaxınlarımızı, bütövlükdə, cəmiyyətimizi qorumuş oluruq.

Keçidlər