Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Şəhid Çingiz Fərhad oğlu Bağırovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi keçirilmişdir

18 iyun 2014 | 15:00

 

12-14 iyun 2014-cü il tarixlərdə Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta
məktəbin idman zalında Şəhid Çingiz Fərhad oğlu Bağırovun xatirəsinə həsr olunmuş
yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilmişdir.

         Yarışın məqsəd və vəzifələri Şəhid Çingiz Fərhad oğlu Bağırovun xatirəsini
əbədiləşdirmək, yeniyetmə idmançılarda vətənpərvərlik ruhunun daha da
gücləndirilməsi, bu idman növünün inkişaf etdirilməsi və idmanın kütləviliyinin
təmin olunması olmuşdur. Birincilikdə Daşkəsən, Şəmkir, Goranboy, Mingəçevir
Cəlilabad Abşeron rayon və şəhərlərinin 17 çəki dərəcəsi üzrə 145 idmançısı öz
qüvvəsini sınamışıdır.
         Gərgin keçən mübarizədən sonra Daşkəsən rayonunun komandası
birinci,  Mingəçevir şəhərinin komandası ikinci, Goranboy rayonunun komandası isə
üçüncü yerə layiq görülmüşlər.

         Sonda yarış qalibləri Daşkəsən rayon Gənclər və İdman idarəsi
tərəfindən mükafatlandırılmışdır.

Keçidlər