Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə İcra Başçısı 95 yaşlı İkinci Dünya müharibəsi iştirakçısını yaşadığı mənzildə təbrik edib.

07 may 2020 | 16:00

Mayın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75 illiyi münasibəti ilə Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Böyük Vətən müharibəsi veteranı İdris Əhmədova baş çəkib, müqəddəs Ramazan ayı ilə əlaqədar ona ərzaq bağlaması verib, maddi yardım göstərib.
Əhəd Abıyev deyib ki, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Daşkəsən rayonunda müharibə iştirakçılarına, əlillərə həmişə böyük diqqət və qayğı göstərilir. Belə ki, Rayon İcra Hakimiyyəti digər əlaqədar təşkilatlar ilə birlikdə müharibə veteranları və əlillərinin problemlərinin həllinə, onların müalicəsinin təşkilinə daim yaxından köməklik göstərir.
Sağlamlıq durumu yerində olan veteranla çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Müharibə illəri ilə bağlı xatirələrini bölüşən Qafqaz cəbhəsindən Berlinə qədər döyüş yolu keçmiş İdris Əhmədov ona hər zaman göstərilən diqqət və qayğıya, o cümlədən Daşkəsən rayonunda da koronavirusla mübarizədə bütün sahələr üzrə görülən zəruri tədbirlərə, ahıllara və qocalara olunan sosial-məişət xidmətlərinə, maddi yardımlar görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq edib.
Əhəd Abıyev "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi" yubiley medalını İdris Əhmədova təqdim edib, veteranla xatirə şəkli çəkilib.
Hazırda Daşkəsən rayonunda 1 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır.

 

Keçidlər