Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda aprelin 30-da aztəminatlı və ehtiyacı olan imkansız ailələrə yardımlar edilib.

30 aprel 2020 | 16:00

Möhtərəm Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!”, “Daim vətəndaşların yanında olun!”  çağırışlarına uyğun olaraq Daşkəsən rayonunda da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejmi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən  aprelin 30-da rayonda yaşayan 58 aztəminatlı, yaşlı və tənha insanlara, işsiz, imkansız ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar verilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev imkansız ailələrlə görüşərkən bildirib ki, müqəddəs Ramazan ayı, orucluq günlərində aztəminatlı , ahıl və işsiz ailələrə maddi yardımlar verilir, rayonda koronovirusla bağlı xüsusi karantin rejimi tətbiq olunur, bütün  zəruri tədbirlər də görülür. Çox sevindirici haldır ki,  hazırda Daşkəsəndə koronovirus xəstəliyinə yoluxma halı yoxdur.
Vətəndaşların qayğısına qalaraq onların rifahı üçün yorulmadan çalışdıqlarına görə Daşkəsənlilər möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər