Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV DAŞKƏSƏN RAYONUNDA AZTƏMİNATLI VƏ TƏNHA YAŞAYAN AİLƏLƏRƏ BİR DAHA ƏRZAQ YARDIMI EDİB

24 aprel 2020 | 16:00

Bu gün Vətənini, millətini sevən hər bir azərbaycanlı Prezidentimizdən örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Belə tədbirlərdən biri də Daşkəsəndə millət vəkili Kamran Bayramov tərəfindən həyata keçirilib. K.Bayramov koronavirusa qarşı keçirilən tədbirlər çərçivəsində aztəminatlı və tənha yaşayan 7 ailəyə ərzaq yardımı edib.
Ərzaq məhsulları olan bağlamalar könüllülər tərəfindən ailələrə çatdırılıb.
Bu təşəbbüsə sevinən ailələr bildirmişlər ki, koronavirus pandemiyasının dünyanı bürüdüyü bir vaxtda ölkəmizdə bu xəstəliklə mübarizə aparmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə qətiyyətli qərarlara, yürüdülən məqsədyönlü və düzgün siyasətə, vaxtında elan edilmiş karantin rejiminə və aparılan islahatlara görə bu problemin ölkəmizə vurduğu zərər minimuma endirilib.
Sakinlər məhz möhtərəm Prezident cənab İlham Əliyevin insanlara göstərdiyi qayğı, diqqət və dəstək sayəsində ölkəmizdə pandemiyanın tezliklə bitəcəyinə inandıqlarını və bu yolda atılan hər bir addımını dəstəklədiklərini ifadə ediblər, həyata keçirilən operativ mübarizə tədbirlərinə görə ölkə rəhbərinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər