DAŞKƏSƏN RAYONUNUN MİLLƏT VƏKİLİ KAMRAN BAYRAMOV AZTƏMİNATLI TƏNHA YAŞAYAN 30 AİLƏYƏ ƏRZAQ YARDIMI EDİB
Daşkəsən rayonunda aprelin 10-da Daşkəsəndən millət vəkili seçilən Kamran Bayramov koronavirusa qarşı keçirilən tədbirlər çərçivəsində aztəminatlı ahıl, tənha yaşayan 30 ailəyə ərzaq yardımı edib.
Ərzaq məhsulları olan bağlamalar könüllülər tərəfindən ailələrə çatdırılıb.
Kamran Bayramov həmçinin seçicilərə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələrini verib, seçicilərini xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməyə çağırıb.
Bundan əlavə, deputat Kamran Bayramov bir aylıq vəzifə maaşını da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Yaşlı sakinlər bu nəcib təşəbbüsə, əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirblər.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini