Daşkəsəndə ahıl sakinlərə sosial xidmət göstərilir
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir.
Bu məqsədlə ƏƏSMN yanında DSMF-nin Daşkəsən rayon şöbəsinin sosial xidmət işçiləri, YAP fəalları, QAC-ın Daşkəsən nümayəndəliyinin könüllüləri rayonun yaşlı, ahıl sakinlərə sosial xidmətlər göstərirlər.
Sosial xidmət işçiləri və könüllülər tərəfindən tənha yaşayan və yaşı 65-dən yuxarı olan, ahıl şəxslər evlərində sosial məişət xidmətləri ilə təmin edilirlər. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərirlir, ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunurlar.
Hazırda rayonda yaşı 65-dən yuxarı 152 nəfərdən artıq vətəndaşa gündəlik olaraq evlərində sosial xidmət göstərilir.