Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon Polis Şöbəsi dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulub

30 mart 2020 | 16:00

Martın 30-da Daşkəsən Rayon Polis Şöbəsi bəşəriyyətin bəlasına çevrilən COVID-19 koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident cənab İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə, həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq aksiya təşkil edib.
Tədbir çərçivəsində Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 aztəminatlı ailəyə tibbi ləvazimatlar, ərzaq yardımları edilib. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
Rayon sakinləri Daşkəsən polisi tərəfindən keçirilən bu nəcib aksiyaya və göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər