Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə kütləvi informasiya vasitələrinə müsahibə verib
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə kütləvi informasiya vasitələrinə müsahibə verib.
O, müsahibəsində deyib:
- Martın 25-də də Daşkəsən rayonunda bildirirəm ki, Koronavirus (COVİD - 19) infeksiyasının Daşkəsən rayonu ərazisində yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması məqsədilə, o cümlədən bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından verilən tapşırıqların icrasını operativ təmin etmək üçün Daşkəsən Rayon İcra Hakimiyyətində qərargah yaradılmışdır.
Nazirlər Kabineti yanında yaradılmış xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin tabeliyində olan xüsusi texnikalar vasitəsi ilə Daşkəsən şəhərinin küçələri yuyulur və rayon ərazisində dezinfeksiya işləri mütəmadi olaraq aparılır.
Hörmətli dövlət başçısının dəstəyi nəticəsində bu gün Daşkəsən rayonunun kommunal strukturlarında texnika və maliyyə təminatı baxımından heç bir problemimiz yoxdur.
Bu proses rayonun bütün məhəllə və yollarını əhatə edir. Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, pilləkənlərdə, meydançalarda və sakinlərin daha çox olduğu yerlərdə dezinfeksiyaedici tədbirlər aparılır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış ümummilli həmrəyliyə, birliyə çağıran Koronavirusla Mübarizəyə Dəstək Fonduna Daşkəsən Rayon İcra Hakimiyyətinin kollektivi öz bir aylıq vəzifə maaşlarını ianə etməklə qoşulublar.
Rayon ərazisində koronavirus infeksiyası ilə bağlı aparılan tədbirlər davam etdirilərək tərəfimizdən ciddi nəzarətdə saxlanılır, əhalinin sağlamlığının qorunmasını başlıca məqsəd kimi qəbul edərək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tətbiq edilməsi barədə tapşırıq və tövsiyələri Daşkəsəndə həyata keçirilir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargahda vaxtaşırı müşavirələr keçirilir, tapşırıqlar verilir, koronavirusa qarşı mübarizə aparılır.
Allah cənab Prezidentimizi qorusun, cənab Prezidentimiz də xalqımızı, dövlətimizi qorusun, Tanrı köməyi olsun.