Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev Çanaqçı kəndində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib

13 fevral 2020 | 16:00

Fevralın 13-də ucqar dağlıq ərazidə yerləşən Çanaqçı kəndində keçirilmiş görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşə gəlmiş Çanaqçı kənd sakinlərini salamlayan Əhəd Abıyev çıxışında deyib: “Bildiyiniz kimi 9 fevral 2020-ci il tarixdə ölkəmizin gələcəyi üçün çox mühüm siyasi əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının növbədənkənar Parlament seçkiləri ədalətli, şəffaf, demokratik keçirilərək yüksək səviyyədə baş tutdu.
Fərəh və qürur hissi ilə bildirirəm ki, Daşkəsən seçiciləri həmişə olduğu kimi budəfəki seçkidə də yüksək fəallıqla iştirak etdilər, rayonumuzda hər iki seçki dairəsi üzrə seçkilər Seçki Məcəlləsinə uyğun keçirildi və heç bir qanun pozuntusu da qeydə alınmadı.
  Mən bütün daşkəsənliləri və Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvlərini  bu mühüm siyasi kampaniyanın ölkəmizdə uğurla həyata keçməsi münasibətilə ürəkdən təbrik edirəm, müstəqil Azərbaycanımızın inkişafı naminə yorulmaz fəaliyyətinizdə, başda ölkə Rəhbərimiz cənab İlham Əliyev olmaqla hər birinizə yeni-yeni qələbələr arzulayıram”.
Əhəd Abıyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və Daşkəsən rayonunda aparılan geniş abadlıq-quruculuq işləri, kadr islahatları, sosial-iqtisadi layihələr barədə ətraflı məlumat verib. Qaraqullar-Çanaqçı, Çanaqçı-Zivlan avtomobil yolunun təmirinin, mühüm sosial və mədəni obyektlərin, xüsusən qəzalı vəziyyətə düşmüş Çanaqçı kənd tam orta məktəbinin yeni modul tipli binasının 29 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa edilməsinin əhalinin böyük razılığına səbəb olduğunu bildirib.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Müraciətlər işlə təmin olunma, kəndə təbii qaz xəttinin çəkilməsi, nasaz elektrik dayağının dəyişdirilməsi, kənd tibb məntəqəsinin təmir olunması və digər şəxsi məsələlər barədə olub.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.  Əksər müraciətlər yerində həll edilib.
Görüşdə çıxış edən sakinlər son illər Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək onlara göstərilən  diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər