Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Nəqliyyat naziri Ziya Məmmədov Daşkəsən rayonunda vətəndaşları qəbul edib

26 aprel 2014 | 15:00

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri cənab Ziya Məmmədov 2014-cü il 25 aprel tarixində Daşkəsən şəhərində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Nəqliyyat Naziri cənab Ziya Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevlə birgə Ulu öndər Heydər Əliyevin  şəhərin mərkəzində ucaldılan abidəsinin önünə gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını bildirmişlər.
Nazir rayon Mədəniyyət evində qəbula gələn Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nəqliyyat naziri görüşdə vətəndaşların səsləndirdiyi təklif, müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib. Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təminat və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.


Respublika Jurnalistlər Birliyinin üzvü
Sahib Əhmədov

Keçidlər