Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜ QEYD OLUNUB, ƏHƏD ABIYEV 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI GÖRÜB-BİLDİKLƏRİNİ DANIŞIB

20 yanvar 2020 | 16:00

Bu gün Daşkəsəndə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə rayon ictimaiyyətinin 4 mindən çox nümayəndəsinin iştirakı ilə Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.
Rayonun rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər qəmli musiqilərin sədaları altında şəhid məzarlarını ziyarət edib, üzərinə tər güllər düzüblər.
Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, 20 Yanvar faciəsi ilə bağlı görüb-bildiklərini danışıb.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

Keçidlər