Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 2014-cü ilin I rübü uğurlu nəticələrlə yadda qalmışdır

18 aprel 2014 | 15:00

Bu gün Daşkəsən rayonunda 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, buraya toplaşmağımızın məqsədi 2014-cü ilin I rübü ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha xatırlamaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Hamımıza məlumdur ki, 2014-cü ilin aprelin 13-də Azərbaycan Respublikasının  Prezidenti  cənab  İlham Əliyevin sədrliyi ilə Prezident sarayında, Nazirlər Kabinetinin 2014-cü ilin   birinci  rübünün  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası keçirilmişdir. Ölkə rəhbəri həmin iclasda bir daha xatırlatmışdır ki, cari ilin birinci rübü də Azərbaycan iqtisadiyyatında çox uğurlu və yadda qalan olmuşdur.Keçən ilin yekunları bu ilin inkişafına möhkəm zəmin yaratmışdır.
Möhtərəm Prezidentimiz dərin məzmunlu nitqində qeyd etmişdir : “Əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır.”.
Ölkənin digər sahələrdə də qazandığı uğurları – son 11 ildə yoxsulluğun səviyyəsinin 50 faizdən minimuma enməsini, Azərbaycanda şaxələndirilmiş iqtisadiyyatın verdiyi bəhrələri və digər əldə olunmuş uğurları vurğulayan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı  bildirmişdir ki,  yola saldığımız rüb ərzində respublikamızın digər rayonlarında olduğu kimi ,Daşkəsən rayonunda da 2014-cü ilin birinci rübündə bir çox nailiyyətlər  qazanılmışdır.   
Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilə nisbətən xeyli  artmışdır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edilmişdir.
Çox hörmətli Prezidentimiz  İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır.
Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Daşkəsən Filizsaflaşdırma Kombinatının yeni fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra demişdir : Bir daha  dərin minnətdarlıq hissi ilə  bildirirəm ki, “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  əlavə tədbirlər haqqında” 2 aprel  2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş  Azərbaycan Respublikası Prezidentinin  ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə  ilkin olaraq  3,0  (üç ) milyon manat, “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”  9 yanvar  2013-cü il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin  ehtiyat fondundan  2,0  (iki ) milyon manat ayrılmışdır.
Bu, ölkə başçısı cənab Prezidentimizin rayonumuzun inkişafına olan böyük diqqət və qayğısının əyani təzahürüdür.
Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan  rayonumuza ardıcıl göstərilən diqqət və qayğıya görə  ölkə rəhbərimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımı  bildirirəm.
Eyni zamanda rayonumuzda mövcud olan problemlərin  həlli ilə əlaqədar məktubla müraciətimizə uyğun olaraq şəxsən cənab Prezidentimiz tərəfindən verilmiş tapşırığa əsasən hazırda Prezident Administrasiyasında, Nazirlər Kabinetində, nazirliklərdə, komitə və şirkətlərdə  aidiyyəti üzrə tədbirlər  görülür. Rayonumuzun hərtərəfli inkişafı üçün layihələrin, proqramların həyata keçirilməsi istiqamətində işlər aparılır.
2014-cü ilin birinci rübü  ərzində  rayon ərazisində  bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Cari ilin keçən dövrü ərzində Statistika idarəsinin yeni müasir inzibati binası  istifadəyə verilmişdir.
Alunitdağ qəsəbə və Kəmərqaya kənd tam orta məktəb binalarının və Quşçu kənd uşaq bağçasının təmir işlərinə başlanılmış və hazırda bu işlər davam etdirilir.
Ötən il rayonun tarixində görünməmiş sayda – 7 məktəb tikilib istifadəyə verilmişdir. Bu il isə 16 məktəbin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur.
Çovdar qızıl zavodunun tikintisi davam etdirilmiş,  hazırda zavodda  son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər  əhalinin  işlə təmin olunmağına imkan yaradacaqdır.
Daşkəsən rayonunda gənclər üçün  yeni müasir tipli  təlim və istirahət  mərkəzinin  tikintisi başa çatdırılmışdır.   
Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılmış hazırda tikinti işləri davam etdirilir.
2013-cü ildə Daşkəsən  rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılmış, tezliklə son tamamlama işləri yerinə yetirilərək bu binanın möhtəşəm bir açılışı olacaqdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  işçiləri yüksək səviyyəli iş şəraiti ilə  təmin ediləcəkdir.
Daşkəsən şəhərində yeni avtovağzal kompleksinin  tikintisinə başlanmış və tikinti işləri başa çatmaq üzrədir.  Daşkəsən şəhərində avtovağzalla   bağlı  mövcud   olan   avtobus   marşrutları,  rayonun kəndlərində yeni yolların salınması vacibliyi, respublikanın qonşu rayonlarına əlaqə imkanı nəzərə alınaraq, yeni yaradılacaq avtovağzalın istifadəyə verilməsi ilə əlaqədar Daşkəsən-Bakı, Daşkəsən-Sumqayıt, Daşkəsən-Lənkəran, Daşkəsən-Qazax və Daşkəsən-Gəncə avtobus marşrutlarının müasir nəqliyyat vasitələrinin işlənməsi üçün Baş Nazirdən razılıq alınmış, aidiyyəti üzrə nazirliklərə göstəriş verilmişdir.
Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri  aparılmış və hazırda həmin  işlər davam  etdirilir.
Daşkəsən şəhərində  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisi üçün  torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə 1 ədəd yeni yükünü özüboşaldan avtomaşın ayrılmışdır.
Rüb ərzində rayonda bir sıra mədəni kütləvi tədbirlər  keçirilmişdir. Daşkəsən rayonu ərazisində səliqə-səhman yaradılması məqsədilə  müntəzəm olaraq ümumrayon iməcilikləri keçirilir. 
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı toplantı iştirakçılarına bildirdi ki, Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2014-cü ilin fevral ayının 17-dən 01 may 2014-cü il tarixə kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsi üçün Daşkəsən rayon mərkəzi xəstəxanasında həkim briqadası təşkil olunmuş və rayon əhalisinin tibbi müayinəsi üçün  qrafik tərtib edilmişdir. Həmin qrafikə uyğun olaraq  Daşkəsən rayon mərkəzi xəstəxanasının həkim briqadası müntəzəm olaraq  əhalini vaxtında tibbi müayinədən keçirir. İndiyədək 31 yaşayış məntəqəsinin əhalisi  və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 13 541 nəfər tibbi müayinədən keçmiş, 23 nəfər müxtəlif xəstəliklərdən  Bakı şəhərinə göndərilmiş, 40 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının  stasionar müalicəsinə cəlb olunmuş, 705 nəfərə isə ambulator müalicə yazılmışdır. Hazırda bu işlər davam etdirilir.
Tibbi müayinədən keçən  Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.
Azərbaycan  Respublikası  Prezidentinin 2014-cü il 27 fevral tarixli,118 nömrəli  Fərmanı ilə «Azərbaycan  Respublikası  regionlarının   2014-2018-ci   illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər  planında  Daşkəsən rayonuna aid   25 tədbir nəzərdə  tutulmuşdur.
Bildiyiniz kimi,  “Yeni Daşkəsən” layihəsi  işlənib elmi əsaslarla  hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin  həlli layihədə əsas vəzifə kimi   qarşıya  qoyulmuşdur.
Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə  əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti  nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdədir.
Artıq Azərbaycan  Respublikasının Nazirlər  Kabinetində  müvafiq qaydada  baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli  barədə aidiyyəti üzrə  nazirliklər, digər qurumlar   tərəfindən yazılı surətdə müsbət rəylər  alınmışdır.
Hazırda  həmin istiqamətdə işlər davam etdirilir.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq  təsrrüfatları, 1 damazlıq arıçılıq və  1 damazlıq mal-qara təsərrüfatı  fəaliyyət göstərir. Gələcəkdə  toxumçuluq və damazlıq təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir.
   
2014-cü ilin məhsulu üçün 833 ha sahədə taxıl səpilmişdir.
Başçı Ə.Abıyev nitqində daha sonra qeyd etdi ki, Zağalı-Kollu-Çıraqlı  avtomobil yolunun tikintisi davam etdirilir.
Rayonumuzun bütün daxili yollarını, kəndlərdə körpülərini əsaslı təmir üzrə  Rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə, Baş Nazirə   kompleks layihə  təklifləri işlənib təqdim olunmuşdur.
3300 nəfər əhalinin yaşadığı  9 yaşayış məntəqəsini  birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər  aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu proqramın həyata keçirilməsi  2014-cü il Dövlət proqramına salınmış və təsdiq olunmuşdur.
“Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni  yarımstansiyanın tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir. Tikinti işlərinin sürətləndirilməsi  olduqca vacibdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək, qeyd etmişdir ki, Rayon Qaz İstismar Sahəsi, ,Elektrik şəbəkəsi, 22 saylı Yol İstismar  idarəsi  , Daşkəsən Poçt filialı, Rayon Telekommunikasiya Qovşağı və digər idarə və müəssisələrdə birinci rübün yekunları uğurlu nailiyyətlərlə yadda qalmışdır.
Təəssüf hissi qeyd etdi ki, Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya  xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi gecikir. Dəfələrlə layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur. Lakin müsbət nəticə hələ də görünmür. Daşkəsəndə ilin yalnız 5 ayında çöl şəraitində iş görmək mümkündür. Qalan aylarda rayonda tikinti işlərinin aparılması üçün əlverişsiz, yağmurlu hava şəraiti hökm sürür.
Bu mühüm tədbir həyata keçirilərsə,  Daşkəsən şəhərinin  əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə  təmin olunacaqdır.
Aprelin13-də Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2014-cü ilin birinci rübünün   sosial-iqtisadi   inkişafın  yekunlarına   və   qarşıda duran vəzifələrə   həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində  demişdir: “İlin sonuna qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin hamınıza uğurlar arzu edirəm”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev iclas iştirakçılarına müraciət edərək dedi ki, qarşımızda çox məsul və şərəfli  vəzifələr durur. İcazə verin, Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran  vəzifələrin layiqincə yerinə  yetirilməsi üçün  daha yüksək əzmkarlıq göstərərək,  bütün daşkəsənlilər qüvvəmizi   səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə, əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər