Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 24 dekabr Prezident cənab İlham Əliyevin ad günündə çoxsaylı əhalinin yaşadığı 3 qəsəbəyə təbii qazın verilməsinin möhtəşəm açılış mərasimi oldu

24 dekabr 2019 | 16:00

Daşkəsən rayonunun Quşçu, Quşçu körpüsü və Daşkəsən qəsəbələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən təntənəli açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, qəsəbə sakinləri və KİV mənsubları iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirdə çıxış edib. O, çıxışında  deyib:
- Daşkəsəndə bu gün – dekabrın 24-də Quşçu, Quşçu körpüsü və Daşkəsən qəsəbələrinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilən təntənəli açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Azəriqazın” regional nümayəndəsi Xaliq Namazov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və qəsəbə sakinləri iştirak edirlər. 
Bildiyiniz kimi Daşkəsən rayonunun iqlim şəraiti soyuq olan dağlıq yaşayış məntəqələri Quşçu qəsəbəsinə, Quşçu körpüsü qəsəbəsinə və Daşkəsən qəsəbəsinə ilk dəfə təbii qaz verilir. Bu qazlaşdırma işlərinin görülməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa tapşırıq və tövsiyələri əsasında həyata keçirilir.
Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü sosial layihələr, o cümlədən Daşkəsən rayonunda yeni il ərəfəsində qəsəbə sakinlərinə bu gün təbii qazın verilməsi vətəndaşlarımızın rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bütün qəsəbə sakinləri təbii qazın ilk dəfə olaraq verilməsi ilə əlaqədar byük ruh yüksəkliyi ilə sevinclərini xoş sözlərlə ifadə edirlər və bu göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini və dərin minnətdarlıqlarını bildirirlər.
Əminliklə qeyd etmək istəyirəm ki, rayonumuzun qazlaşdırılmamış digər kəndlərinə və qəsəbələrinə  təbii qaz xətlərinin çəkilməsi proqramı davam etdiriləcək, tezliklə rayonumuzun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin olunacaqdır.
Rayonun qəsəbələrində qazın olmaması insanları çox narahat edən məsələ idi. İndi Daşkəsənin ən ucqar dağ kəndlərinə təbii qaz xətləri çəkilir. Yaşayış məntəqələrinin qazlaşdırma işləri intensiv olaraq davam etdirilir. Belə ki, bu problemli qazlaşdırma məsələləri də ardıcıl olaraq öz müsbət həllini tapır.  
Bu gün cənab Prezidentimiz bu qazın verilməsi ilə qəsəbə sakinlərinin sosialyönümlü problemini həll etməklə yanaşı, həm də   ailələrə çox böyük sevinc, xoşbəxtlik bəxş etdi. Bu əlamətdar qazın açılışı günü, 24-ü dekabr, məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum gününə təsadüf edir.
Bu əziz ad günü münasibəti ilə biz və bütün daşkəsənlilər adından Ali Baş Komandan, regionun güclü dövlət lideri, dünya şöhrətli möhtərəm Prezidentimiz cənab İlham Əliyevə uzun ömür, möhkəm can sağlığı, ailəsinə xoşbəxtlik arzulayırıq. Ümummilli maraqlarla xalqa yüksək xidmət göstərən, beynəlxalq aləmdə ölkəmizin mövqeyini daha da möhkəmləndirən siyasi xadim Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva ilə vətənimizin çiçəklənməsi və qüdrətinin artması naminə məqsədyönlü dövləti fəaliyyətlərində və qarşıdan gələn Yeni ildə onlara uğurlu qələbələr, nailiyyətlər diləyirik, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycan dünyada uğurla inkişaf edən ölkələr sırasındadır. Prezident cənab İlham Əliyev müasir idarəetmə yolu ilə regionlarda iqtisadiyyatı gücləndirir və ölkəmiz sosial-iqtisadi inkişaf yolu ilə bütün sahələr üzrə inamla irəliləyir. Çünki möhtərəm Prezidentimizin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.
Allah Prezidentimizi qorusun, cənab Prezidentimiz də dövlətimizi və xalqımızı qorusun!
Müasir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə eşq olsun!
Ad günü də mübarək olsun!
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir regional qaz istismar idarəsinin rəisi Xaliq Namazov və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Saleh Qurbanov da nitq söyləyiblər. Çıxış edənlər əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, ümumilikdə 284 abonenti olan Quşçu, Quşçu Körpüsü və Daşkəsən qəsəbələrinə uzunluğu  14 min 2 yüz 42 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir evə sayğac, fərdi tənzimləyici quraşdırılıb və sakinlər fasiləsiz təbii qazla təmin olunubdur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev kənd sakinlərinin sürəkli alqışları ilə rayonun Quşçu, Quşçu körpüsü və Daşkəsən qəsəbələrinə ilk dəfə təbii qaz verilməsinin rəmzi əlaməti olan məşəli alovlandırıb.
Açılış mərasimindən sonra Əhəd Abıyev Quşçu qəsəbə sakini Əsgərov Arzu Həşim oğlunun evində qazın verilməsi ilə yerində tanış olub.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

Keçidlər