Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB

12 dekabr 2019 | 16:00

Bu gün, dekabrın 12-də Daşkəsən rayon ictimaiyyətinin  3000 nəfərdən çox nümayəndəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə rayon mərkəzində ucaldılmış abidəsi önünə hüznlü  musiqi sədaları altında gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Gülqoyma mərasimindən sonra rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ehsan süfrəsində Ulu Öndərin şərəfli ömür yolundan, vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb.
O deyib: “Daşkəsənlilər yaxşı bilirlər ki, Ulu Öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımızın milli amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Biz daşkəsənlilərin bu gün bura toplaşması ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş böyük, dahi Ulu Öndərin əziz xatirəsinə göstərilən dərin məhəbbət və ehtiramın bir ifadəsidir”.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müasir, müstəqil Azərbaycan Respublikasının quruculuğu yolundakı şərəfli mübarizəsi barədə fikirlər söyləyiblər.


Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

 

Keçidlər