Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZAĞALI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

20 noyabr 2019 | 16:00

Noyabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Zağalı kəndində əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə növbəti səyyar qəbul-görüşünü keçirib.
Səyyar qəbulda çıxış edən Əhəd Abıyev bu cür görüşlərin Prezident cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini bildirib. Əhəd Abıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının Daşkəsən rayonunda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Deyib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, qaldırılan məsələni, edilən xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır.
Görüşdə rayon rəhbəri turizm imkanları böyük olan Zağalı kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, elektrik təchizatının yeniləşdirilməsindən söhbət açıb. Xatırladıb ki, qış aylarında güclü qar və külək elektrik verilişində fasilələr yaradırdı. Problemin həlli məqsədilə elektrik naqillərinin SİP kabellərlə əvəzlənməsi və bir çox dayaqların dəyişdirilməsi işləri həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2 aprel 2012-ci il tarixli Sərəncamı ilə 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə aparılaraq başa çatdırılması nəticəsində kəndin bu sahədə olan problemi də tam öz həllini tapmış, insanların gediş-gəlişi asanlaşmış, ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına və təsərrüfatların genişləndirməsinə münbit şərait yaranmışdır.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib.
Kənd sakinləri müraciətlərində ərazidə qazlaşdırılma aparılarkən sayğaclaşdırılmamış evlərə də qaz xəttinin çəkilməsinə, işlə təminat və digər şəxsi problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığı ilə ayrı-ayrı sahələrə dair vətəndaşların irəli sürdüyü müraciət, təklif və şikayətlərin əksəriyyəti yerində həll edilib, digərləri isə baxılması üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən Zağalı kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər. 
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər