Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON MƏKTƏBLİLƏRİ NÖVBƏTİ “ÖLKƏMİZİ TANIYAQ” MAARİFLƏNDİRİCİ TUR-AKSİYASINA QOŞULUBLAR

18 noyabr 2019 | 16:00

Daşkəsən rayonundan olan məktəblilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 18-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınıb.
Bu münasibətlə rayonun Heydər Əliyev meydanında yolasalma mərasimi keçirilib. Tur-aksiyanın təntənəli yolasalma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Təhsil Şöbəsinin işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev və digər çıxış edənlər yaradılmış yüksək şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarının bildirərək şagirdlərə tövsiyələr verib, onlara uğurlu yol, maraqlı səyahət arzulayıblar. Belə tur-aksiyaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığı bildirilib, şagirdlərin dünyagörüşünün artırılmasında mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Tur-aksiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz  rayonlarının tarixi abidələri, görməli yerləri və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı eldə edəcəklər. Onlar həmçinin “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual-əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər.
Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən 20 nəfər şagirddən ibarət qrup xüsusi avtobusla Quba şəhərinə yola düşüblər.

Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı

Keçidlər