Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ XOCALI SOYQIRIMI BÖYÜK KƏDƏRLƏ ANILDI

27 fevral 2014 | 16:00

 

Daşkəsənlilər Xocalı soyqırımı ilə bağlı ümumrayon anım tədbirinə ciddi hazırlıqla gəlmişdilər.Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin imzaladığı sərəncama və tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə bu faciə ilə bağlı toplantılar, dəyirmi masalar, anım mərasimləri keçirilmişdir.
Faciə ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin YAP Daşkəsən rayon təşkilatı ilə birgə təşkil etdiyi ümumrayon anım tədbiri isəümumrayon anım tədbiri isə  Daşkəsən rayonundakı Şəhidlər xiyabanından başladı. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev və rayon ictimaiyyəti fəalları Şəhidlər xiyabanında abidə kompleksinin və torpaqlarımızın azadlığı , toxunulmazlığı uğrunda canından keçmiş şəhid qəbirlərinin üzərinə tər çiçək dəstələri düzdülər.Sonra Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Şəhidlər xiyabanını ziyarətə gələn şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşmüş, onların ehtiyac və qayğıları, problemləri ilə maraqlanmışdır.
Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı demişdir ki, Xocalı soyqırımı 22 ildir ki, qəlbində millətə, xalqa, vətənə hörmət gəzdirən hər bir insanın ürəyini göynədir. Bu yara sağalmazdır.İllər keçsə də biz xain düşmənin bu xəyanətini, misli görünməmiş qəddarlıqla törətdiyi soyqırımı unutmayacağıq və bunu unutmağa heç birimizin mənəvi haqqımız da yoxdur. Bu faiciəyə ulu öndərimiz Heydər Əliyev siyasi qiymət verərkən demişdir : "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir." 
Hər biriniz yaxşı bilirsiniz ki, ömrü boyu torpağı, vətəni olmayan ermənilər bir qarış torpaq üçün  ən dəhşətli vəhşiliklər etməyə həmişə hazırdır. XVI əsrin ortalarından bu günə qədər onlar “Böyük Ermənistan” adlı bir xəstəliyə tutulublar.Tarixi mənbələrdə göstərilir ki, erməni katalikosları arasında ilk dəfə Stepan Salmaslı adlı bir nəfər 1547-ci ildə “Böyük Ermənistan” ideyasını irəli sürmüşdür. O, həmin dövrün böyük xristian dövlətlərinin rəhbərləri ilə söhbət aparmış, bu ideyanın həyata keçirilməsi üçün kömək istəmişdir.Lakin məsləhətləşdiyi xristian dövlətlərin rəhbərləri ermənilərin tarixən müstəqil dövlətləri və torpaqları olmadığı üçün onun bu fikrini qəbul etməmişlər. Elə həmin təşəbbüs xəyal olaraq 154 ildən sonra yenidən millətçi ermənilər tərəfindən qaldırılmış, Almaniyada, İtaliyada, Vatikanda məsləhətləşmələr aparmışlar. Lakin buradan da müsbət cavab almamış, bunun xam xəyal olduğunu eşitmişlər. Nəhayət, bu xəbər I Pyotra çatanda o, bu təşəbbüsü bəyənmiş, qəbuluna məsləhətləşmələr üçün gələn İskail Ormanininin təqdim etdiyi “Böyük Ermənistan” xəritəsini nəzərdən keçirib onunla razılaşmış, ona polkovnik rütbəsi verərək Qafqaza göndərmişdir. Iki müsəlman dövlətinin arasında bir xristian dövlətinin yaradılması məqsədilə çəkilən xəritəni I Pyotr  Türk dünyasına düşmən olduğundan həvəslə  qəbul etmişdir. O dövrdən də ermənilərin öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarında törətdiyi faciələr, soyqırımlar ilbəil yol gəlirdi. 1905- 1918- ci ilin dəhşətli hadisələri, Türk dünyasına qarşı olan ümumerməni düşmənçiliyi ilbəil inkişaf edirdi. Yer kürəsində 200-dən çox müharibələr baş veribdir. Bu müharibələrdə ermənilərin törətdiyi vəhşiliklər, amansızlıqlar qədər heç birində belə hadisələr qeydə alınmayıb.Ermənilər müharibə aparanda ölmüş insanların cəsədləri üzərində vəhşicəsinə rəftarları ilə dinc sakinləri qorxutmuş, ev-eşiyi, yaşamaq üçün əhəmiyyət kəsb edən bütün varlıqları məhv etmişlər. Buradan görünür ki, erməninin davası torpaq davası, Azərbaycan torpaqları hesabına yaratdıqları “dövlətin” ərazisini genişləndirmək istəyidir.
      Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. 1992-ci ilin fevralında erməni-rus birləşmiş silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qırarkən soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.
Daha sonra cənab Əhəd Abıyev çıxışına davam edərək bildirdi ki, bu gün Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Xocalı soyqırımını tarixçilər Belarusda Xatın, Vyetnamda Sonqmi, Almaniyada Holokost faciələri ilə müqayisə edir və Xocalı soyqırımını bunların içərisində ən dəhşətlisini hesab edirlər. Bu faciədən 22 il keçməsinə baxmayaraq onun dəhşətləri hər birimizi yandırır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə, onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Fondun dəstəyi və təşkilatçılığı ilə hər il keçirilən rəsm müsabiqələrinin və fotoşəkillərin dünyanın aparıcı ölkələrində nümayiş etdirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət” kompaniyası dünyanın müxtəlif ölkələrində bu faciənin tanıdılması baxımından çox uğurlu nailiyyətlər əldə etməkdə, erməni vəhşiliyinin bəşəriyyət üçün qorxulu bir bəla olduğunu təsdiq etməkdə, Azərbaycan həqiqətlərinə əsrlərdən bəri təxribatlar yayan, qara yaxan erməni lobbisinin iç üzünü dünyaya tanıtmaqdadir.
Neçə ki, Azərbaycanda ulu öndərimizin uzun illərə hesablanmış siyasətinə xalq tərəfindən  dəstək, böyük inam var, Xocalı soyqırımı beynəlxalq aləmdə öz real qiymətini alacaqdır.Möhtərəm Prezidentimizin bu sahədə apardığı siyasət vətəndaş olaraq bizim hər birimizdə böyük inam yaradır.Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında imzaladığı sərəncamda deyilir ki,  azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən, insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Rayon İcra Hakimiyyətinin Başçısının qısa söhbətindən sonra mərasim iştirakçıları rayon mədəniyyət evinin foyesində məktəblilərin Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə və bu faciədən bəhs edən kitablara baxış keçirmişlər.
Sonra anım tədbirinə toplaşanlar A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər.

Sahib Əhmədov
Daşkəsən rayonu
Respublika Jurnalistlər Birlyinin üzvü.

Keçidlər