DAŞKƏSƏN RAYONUNDA 2013-CÜ İLİN YEKUNLARI UĞURLU OLMUŞDUR
DAŞKƏSƏN RAYONUNDA 2013-CÜ İLİN YEKUNLARI UĞURLU OLMUŞDUR
Bu gün Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağından öncə ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon Statistika idarəsinin yeni müasir inzibati binasının açılışı olmuşdur. Açılış mərasimində iştirak edənlər yeni binada Statistika idarəsinin işçiləri üçün yaradılmış müasir tələblər səviyyəsində olan iş şəraiti ilə tanış olmuşlar. Statistika idarəsinin kollektivi onlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirmiş, bundan sonra daha səmərəli işləyəcəklərini onlar üçün yaradılmış şəraitdən olduqca razı qaldıqlarını sevinclə ifadə etmişlər.
Daha sonra yığıncaq iştirakçıları Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının hesabat yığıncağı keçirildiyi rayon mədəniyyət evinin foyesində quraşdırılmış rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərdə və rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olmuşlar.Sərgidə müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları, təbii sərvətlər, dağ-mədən, faydalı qazıntı nümunələri nümayiş etdirilmişdir. Sərgi yığıncaq iştirakçılarında xoş təəssürat yaradaraq, onların böyük marağına səbəb olmuşdur.
Rayon ərazisində olan idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin 300 nəfərdən artıq nümayəndəsinin iştirak etdiyi hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev hesabat məruzəsi ilə çıxış edərək qeyd etdi ki, 2013-cü il də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında keçən ilin sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Cənab Əhəd Abıyev hesabat məruzəsində vurğuladı ki, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2013-cü ildə bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.
2013-cü ildə Daşkəsən rayonunda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 32,9 faiz artmışdır.2013-cü ildə tikinti 25 milyon 461 min manat (əvvəlki ilə nisbətən 2,9 dəfə çox), kənd təsərrüfatı məhsulları 26 milyon 885 min manat (6,8% çox), nəqliyyat üzrə 2 milyon 632 min manat (2,3% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 13 milyon 640 min manat (9,4% çox), rabitə xidmətləri üzrə 198 min manat (20% çox) olmuşdur.
Hesabat ilində rayonda əhalinin sayı 248 nəfər artaraq 33 min 653 nəfər olmuşdur. Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3546 nəfər) və 346 məcburi köçkün ailəsi (1222 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir.
2013-cü ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 329 manat, dövlət sektorunda isə 342,4 manat təşkil etmişdir. 2013-cü ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 99,3 faiz, xərclər üzrə 97,5 faiz yerinə yetirilmişdir.
Daha sonra İcra Hakimiyyətinin Başçısı tədbir iştirakçılarının diddətinə çatdırdi ki, 2013-cü il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat, “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 9 yanvar 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki ) milyon manat ayrılmışdır.
2013-cü hesabat ilində Möhtərəm cənab Prezidentimizin tapşırığı ilə yol tikintisi üzrə əlavə vəsait ayrılması rayonumuzun inkişafına olan böyük diqqət və qayğının əyani təzahürüdür.
Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan rayonumuza ardıcıl göstərilən diqqət və qayğıya görə ölkə rəhbərimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda rayonumuzda mövcud olan problemlərin həlli ilə əlaqədar məktubla müraciətimizə baxılıb şəxsən Cənab Prezidentimiz tərəfindən verilmiş tapşırığa əsasən Prezident Administrasiyasında, Nazirlər kabinetində, nazirliklərdə, komitə və şirkətlərdə aidiyyəti üzrə tədbirlər görülür. Rayonumuzda sosial-iqtisadi və davamlı inkişaf üçün layihələrin, proqramların həyata keçirilməsi istiqamətində işlər aparılır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı çıxışına davam edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edilmişdir.
Çox hörmətli Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişaf dövrünə qədəm qoyacaqdır.
Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması Daşkəsən Filizsaflaşdırma Kombinatının yeni fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir.
Rayonda bütün bu görülən işlər deməyə tam əsas verir ki, 2013-cü il bütün daşkəsənlilərin həyatında ən uğurlu il olmuşdur.
Bu gün rayon Statistika idarəsinin yeni müasir inzibati binası Sizin iştirakınızla istifadəyə verildi.
2013-cü il ərzində rayonumuzda çox sevindirici və yadda qalan Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar-Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisi, Əmirvar kəndində 360 şagird yerlik məktəb binasının və 5 nömrəli şəhər uşaq bağçasının çox gözəl, müasir əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
2013-cü ildə Daşkəsən rayon ərazisində Bayan kəndində müasir tipli yeni poçt binası tikilərək istifadəyə verilmişdir.- Yaponiya səfirliyinin qrantı hesabına rayonun Quşçu kəndinə yeni su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.
- Daşkəsən şəhəri Ş.İ.Xətai, A.Abdullayev, İ.Qayıbov küçələrinə və 5 saylı şəhər uşaq bağçasının ətrafına, ərazidəki yollara asfalt örtüyü salınmışdır.
2013-cü ildə Çovdar qızıl zavodunun tikintisi davam etdirilmiş, hazırda zavodda son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır. 2013-cü ildə Daşkəsən rayonunda gənclər üçün yeni müasir tipli təlim və istirahət mərkəzinin tikintisi başa çatdırılmışdır.
2013-cü ildə Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılmış hazırda tikinti işləri davam etdirilir.
2013-cü ildə Daşkəsən rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılmış, tezliklə son tamamlama işləri yerinə yetirilərək bu binanın möhtəşəm bir açılışı olacaqdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının işçiləri yüksək səviyyəli iş şəraiti ilə təmin ediləcəkdir.
2013-cü ildə uzun müddət qəzalı vəziyyətdə olan Daşkəsən şəhərində çoxmərtəbəli 22 binanın dam örtüyü dəyişdirilmiş, şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılmış və hazırda həmin işlər davam etdirilir.
Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
2013-cü ildə Daşkəsən şəhərində yeni avtovağzal kompleksinin tikintisinə başlanmış və tikinti işləri başa çatmaq üzrədir. Daşkəsən şəhərində avtovağzalla bağlı mövcud olan avtobus marşrutları, rayonun kəndlərində yeni yolların salınması vacibliyi, respublikanın qonşu rayonlarına əlaqə imkanı nəzərə alınaraq, yeni yaradılacaq avtovağzalın istifadəyə verilməsi ilə əlaqədar Daşkəsən-Bakı, Daşkəsən–Sumqayıt, Daşkəsən-Lənkəran, Daşkəsən-Qazax və Daşkəsən-Gəncə avtobus marşrutlarının müasir nəqliyyat vasitələrinin işlənməsi üçün Baş Nazirdən razılıq alınmış, aidiyyəti üzrə nazirliklərə göstəriş verilmişdir.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra qeyd etdi ki, bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər planında Daşkəsən rayonuna aid 20 tədbir nəzərdə tutulmuşdu.
Bu tədbirlərin 2-si ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilmişdi.
Həmin tədbirlərdən 19-nun əsas icraçısı Nazirliklər və Səhmdar Cəmiyyətləri olduğuna görə görüləcək işlər barədə rayon İcra Hakimiyyətinə lazımi məlumatların verilməsi üçün aidiyyəti üzrə həmin Nazirliklərə və Səhmdar Cəmiyyətlərinə məktublar göndərilmişdir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən əlavə 18 yeni təkliflər də işlənib hazırlanaraq aidiyyəti üzrə qurumlara təqdim olunmuşdur.
Qeyd olunan bütün tədbirlərin həyata keçirilməsinin daha da sürətləndirilməsi eyni zamanda rayon ərazisində bütün mövcud problemlərin həlli məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq nazirliklərə, komitə və səhmdar cəmiyyətlərə bir daha müraciətlər olunmuş, aidiyyəti qurumlarla müntəzəm əlaqə saxlanılmış, lakin buna baxmayaraq hələ də bir çox tədbirlərn həyata keçirilməsi təmin olunmamışdır.
Bildiyiniz kimi, “Yeni Daşkəsən” layihəsi işlənib hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə aidiyyəti üzrə müvafiq qrumlar qarşısında əsas vəzifə kimi qoyulmuşdur.
“Yeni Daşkəsən” layihəsi barədə kütləvi informasiya vasitələrində geniş məlumatlar verilmiş, həmin layihə yerli mətbuatda – “Daşkəsən” qəzetində 22 yanvar 2013-cü il tarixdə çap olunmuş, bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir.
Bu layihəyə ilə əlaqədar ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası daimi nəzarətdə saxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq geniş və mükəmməl layihə barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır.
Belə ki, “Azərbaycan Raepublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” layihəsində əvvəlki proqramlardan daha çox Daşkəsən rayonu üzrə 61 bənddən ibarət 223 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Məruzəçi eyni zamanda bildirdi ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri dövlət sektorunun xüsusi çəkisi 94 faiz təşkil etmişdir.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, heyvandarlıq üzrə 1 və arıçılıq üzrə isə 1 damazlıq təsərrüfatları fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarında 134,5 ton kartof toxumu istehsal edilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə (Quşçu, Mollahəsənli, Qaraqollar, Bayan, Qabaqtəpə kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama texnikləri tərəfindən 2013-cü il ərzində 336 baş heyvan mayalanmış, mayalandırılmış heyvanlardan 207 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 2009-2010-cu illərdə təsərrüfatlara 33 baş damazlıq düyə gətirilmişdir. Həmin düyələrdən 74 baş buzov alınmışdır. Gələcəkdə başqa təsərrüfatlara da damazlıq düyələrin gətirilməsi üçün hazırlıq işləri görülür.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2013-cü il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir.
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayon sahibkarları vaxtaşırı olaraq pendir, kartof, kələm və bal məhsulları ilə iştirak etmişlər.
Torpaq islahatı zamanı rayon üzrə istifadə edilən 77.212 hektar torpaq sahələri tam dəqiqləşdirilərək 3 mülkiyyət formasına ayrılmış və aşağıdakı kimi müəyyənləşdirilmişdir.
Dövlət mülkiyyətində - 35.852 ha
Bələdiyyə mülkiyyətində - 28.761 ha
Xüsusi mülkiyyətdə - 12.599 ha
Torpaqların hərrac vasitəsilə vətəndaşlara verilməsi üçün rayonda komissiya yaradılmışdır.Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur.
Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi haqqında 1344 saylı, 27.12.2012-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət etmişdik.
Bildiyiniz kimi Daşkəsənin yay otlaqları bu rayonun milli sərvətidir. Lakin rayon bu sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, krinimal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu. Çünki yuxarıda qeyd edildiyi kimi rayonun ərazisində yerləşən yay otlaqları sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu 7 rayon arasında bölüşdürülmüşdü. Lakin bu gün kolxoz və sovxozlar ləğv olunmuş, torpaqlar yerli rayon əhalisinə verilməlidir. Bu məsələ müraciətlə ölkə rəhbərliyinə yazılan məktubda Daşkəsən rayonun ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonun ərazisindən digər rayonların istiafdəsinə verilmiş Dövlət fondu yay otlaq sahələrinin Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi xahiş olunmuş, məhz çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən məsələyə baxılaraq, müraciət müsbət həll olunmuş, bu barədə Nazirlər Kabineti müvafiq sərəncam vermişdir.
Belə ki, hörmətli Baş Nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 156 nömrəli Qərarı ilə yay-otlaq sahələrinin yerli İcra Hakimiyyətinin öz səlahiyyətlərinə vermiş, təyinatına uyğun olaraq rayonumuzda kənd camaatı artıq özləri istifadə edəcəkdir. Bu ciddi problemli məsələnin həllinə görə şəxsən möhtərəm cənab Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bütün Daşkəsən əhalisi adından bildiririk.
Rayon ərazisində Aqrar sahə üzrə olan mövcud problemlərin həll edilməsi üçün rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar Məsələlər üzrə şöbəsi müvafiq tədbirlər planı işləyib hazırlayaraq onun həyata keçirilməsini və yerinə yetirilməsini təmin etməlidir.
Rayon İcra Hakimiyyətinin Başçısı rayonun sosal-iqtisadi inkişafını təhlil edərək göstərdi ki, respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir.
2013-cü ildə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 687 ailədən qanuna müvafiq olaraq 537 aztəminatlı ailəyə (2224 nəfər ailə üzvünə) ünvanlı Dövlət sosial yardımı təyin olunmuşdur.
Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edənlərə aidiyyəti üzrə təlimatların daha ətraflı, anlaşıqlı şəkildə izah edilməsinə, bu sahə üzrə yerlərdə əlavə, daha geniş maarifləndirmə işlərinin aparılmasına, ərizə və şikayətlərin yerlərdə araşdırılmasına ehtiyac vardır.
Ümumilikdə hesabat ilində aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox tədbirlər həyata keçirilmişdir. Pensiya və müavinətlərin vaxtında və ödənişin mütərəqqi üsullarla əhaliyə çatdırılması sahəsində xeyli işlər görülmüşdür.
Belə ki, pensiya və müavinətlərin bankomatlarla verilməsi üçün Daşkəsən şəhərində bankomatlar quraşdırılmış, hazırda pensiya müavinət alanların hamısının ödənişləri həmin bankomatlardan alınır.
Bu sahədə mövcud vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə bəzi yaşayış məntəqələrində də Quşçu və Xoşbulaq kəndləri ərazisində Beynəlxalq Bankın bankomatlarının quraşdırılması və yaxud rayonda səyyari bankomatların tətbiqinə ehtiyac vardır.
Bir qayda olaraq məcburi köçkünlər üçün ayrılmış yardımların, o cümlədən duru yanacağın onlara vaxtında çatdırılması təmin edilir.
Eyni zamanda yuxarıda qeyd edilən kateqoriyalardan olan vətəndaşlara Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına müəyyən nəğd pul və ərzaq yardımları da olunmuşdur.Rayonda boş iş yerləri haqqında məlumatların toplanılması, işləməyən vətəndaşların uçotunun aparılması, əhalinin işlə təmin edilməsi və əmək yarmarkalarının keçirilməsi rayon Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilir. 2013-cü ildə Məşğulluq Mərkəzinə 216 nəfər işaxtaran vətəndaş müraciət etmiş, hazırda əsas hissəsi ali təhsilli ixtisaslı müəllim və tibb işçiləri olan 193 boş iş yeri vardır.
2013-cü ildə rayon üzrə iqtisadi fəal əhali 17 min 466 nəfər olmuş, onlardan məşğul əhali 16 min 189 nəfərdir.
Görülmüş tədbirlər nəticəsində son illər Daşkəsən rayonunda iş yerləri açılmış, 2013-cü il ərzində 500 nəfər rayon ərazisində mövsümü təmir-tikinti işlərinə cəlb olunmuşdur.
Qeyd etmək lazımdır ki, bəzi idarə, müəssisə və təşkilatlar boş iş yerləri haqqında Məşğulluq mərkəzinə vaxtında məlumat vermir, mərkəzin göstərişi olmadan işə qəbul hallarına yol verirlər. Məşğulluq Mərkəzinin rəhbərliyi həyata keçirilən tədbirlərlə kifayətlənməməli bu cür hallara qarşı vaxtında lazımi tədbirlər görməlidir.
Məruzəsində rayonun bütün sahələrindəki mövcud vəziyyətə toxunan Rayon İcra Hakimiyyətinin Başçısı daha sonra bildirdi ki, 2013-cü ildə əhaliyə xidmət göstərən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində bir sıra işlər görülmüşdür. Bir çox ticarət obyektləri müasir formada yenidən qurulmuş, yeni ticarət obyektləri, yeni məişət kompleksi yaradılmışdır.
Bəzi marşurutlar qismən yeni nəqliyyat vasitələrilə təmin olunmuşdur. Lakin, hələ də bəzi nəqliyyat marşurutlarında köhnə, istismara yararsız nəqliyyat vasitələri mövcuddur.Müvafiq strukturların rəhbərləri yuxarıda göstərilən çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya – kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, bildiyiniz kimi 8 fevral 2013-cü ildə Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peyki uğurla orbitə buraxılmışdır.
2013-cü il ərzində Rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilmişdir.Mərkəzi elektron avtomat telefon stansiyasında geniş zolaqlı internet xidməti üçün yeni avadanlıqlar quraşdırılmış və rabitə kanallarının tutumu 552 port artırılaraq 530 port əhalinin istifadəsinə verilmişdir.
Gəncə-Daşkəsən arası 42,3km Fibro Optik Kabeli çəkilməsi üçün cizgi sxemi hazırlanaraq “Aztelekom” istehsalat Birliyinə təqdim olunmuşdur.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün şəraitin yaradılmasına ehtiyac vardır.
Hesabat məruzəsində rayonun yol infrastrukturu barədə də ətraflı məlumat verən cənab Əhəd Abıyev yığıncaq iştirakçılarının diqqətinə çatdırdı ki, 2013-cü il ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 686 min 900 manatlıq iş görülmüşdür. İdarəyə 1 ədəd “Qreyder” alınmışdır.Rayonun avtomobil yollarına xidmətin daha da yaxşılaşdırılması üçün Daşkəsən rayon İcra Hakimiyyətinə 1 ədəd bazası təkər üzərində yerləşdirilən yükləyici ekskovator, 3 ədəd ağır tonnajlı “kamaz markalı” yükünüözüboşaldan və 1 ədəd “Niva” markalı minik avtomaşınlar alınmışdır.
Zağalı-Kollu-Çıraqlı və Xoşbulaq-Astaf avtomobil yollarının tikintisi davam etdirilir.
Xoşbulaq-Astaf avtomobil yolunun tikintisinə yüksək səviyyədə göstərdikləri kömək üçün hörmətli Deputatımız Rövşən Rzayevə və “AKKORD” Şirkətlər qrupunun rəhbərliyinə Daşkəsən rayonunun bütün sakinləri adından dərin minnətdarlığımızı bildiririk.
Rayonumuzun bütün daxili yollarının, kəndlərdə körpülərin əsaslı təmir üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə, baş nazirə kompleks layihə təklifləri işlənib təqdim olunmuşdur.
3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu proqramın həyata keçirilməsi artıq 2014-cü il Dövlət proqramına daxil edilmişdir.
Daşkəsən rayonunda enerji daşıyıcılarından və içməli sudan səmərəli istifadə edilməsi və onların dəyərinin ödənilməsi üzrə rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilmişdir.
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
2013-cü il ərzində elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, yeni transformatorların alınıb quraşdırılması, transformatorların əsaslı təmiri, elektrik dayaqlarının, elektrikverici xətlərinin dəyişdirilməsi və təmiri üzrə bir sıra işlər görülmüşdür.
Belə ki, 65 ədəd transformator təmir edilmiş, 49 ədəd dayaq dəyişdirilmiş, 75 ədəd əyilmiş dayaq düzəldilmiş, 21,6 km elektrikverici xətlərində təmir işləri aparılmış, 167 ədəd izolyator və 5590 kq yararsız naqil yenisi ilə əvəz olunmuş,1141 metr müxtəlif markalı kabel çəkilmiş və transformatorlara 2346 kq transformator yağı əlavə olunmuşdur. 127 ədəd yeni sayğac quraşdırılmış və 296 ədəd qüsurlu sayğac dəyişdirilmişdir.
“Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir.
Daşkəsən Elektrik şəbəkəsi üçün yeni inzibati binanın tikilməsi və şəbəkədə əsaslı təmir işlərinin aparılmasına müvafiq köməklik göstərilməsi məqsədilə “Azərenerji” ASC-nin rəhbərliyinə aidiyyəti üzrə məktubla müraciət olunmuşdur.
Elektrik şəbəkəsinin rəhbərliyi elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə lazımi trədbirlər görməsini təmin etməlidir.
Rayonda əhalinin təbii qazla təmin olunmasında, dəyərinin ödənilməsində və mövcud problemlərin, təhlükəsizlik məsələlərinin həll olunmasında Qaz İstismar Sahəsinin rəhbərliyi məsuliyyətini daha da artırmalıdır.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin 16/ƏT-75 saylı, 18.01.2013-cü il tarixli ilə məktubu ilə bildirilmişdir ki,«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq 2013-cü ildə Daşkəsən rayonunda təbii qazla təmin olunmayan 38 kənd və 3 qəsəbənin (41 yaşayış məntəqələrinin) mərhələlərlə qazlaşdırılması icra olunacaqdır.
Həmin işlər üçüncü Dövlət Proqramına daxil edilmiş və sürətləndirilməsi olduqca vacibdir.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə”nin Daşkəsən rayonunda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir.
Layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur. Layihəyə Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilmişdir.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Son vaxtlar havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar şəhər əhalisinə içməli suyun verilməsində bir sıra problemlər yaranmışdır. Bununla əlaqədar şəhər əhalisinə içməli suyun verilməsinə su maşınları da əlavə olunmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısı məruzəsində təhsil və səhiyyə sahələrinə də ciddi yer ayırmışdı. O, öz məruzəsində göstərdi ki, 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərinin XI siniflərində 243 nəfər şagird təhsil almışdır. Tədris fənləri üzrə müsbət qiymətlər aldıqları üçün 243 şagird buraxılış imtahanlarında iştirak etmişdir. Buraxılış imtahanlarından müsbət yekun qiymətlər aldıqları üçün 243 nəfər şagird orta məktəbi müvəffəqiyyətlə başa vurub orta təhsil haqqında attestat almışdır. 43 nəfər Respublikanın müxtəlif ali məktəblərinə 26 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Qeyd etmək lazımdır ki, hələ rayonun bəzi məktəblərində dərslərin keyfiyyəti və şagirdlərin dərsə davamiyyəti zəifdir. Kəndlərdə isə bu göstəricilər nisbətən daha aşağı səviyyədədir. 2013-2014-cü tədris ilində rayon ərazisindən 135 nəfər şagird azalmışdır. Həmin səbəbdən məktəblərdə 8 sinif komplekti bağlanmışdır. Bu sahədə aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi vacibdir.
Rayon Texniki Peşə məktəbinin fəaliyyəti günün tələbləri səviyyəsində deyildir. Ümumilikdə Texniki Peşə məktəbinin maddi-texniki bazasının yenidən qurulmasına ehtiyac vardır. Rayonun qəsəbə və kəndlərində yeni məktəblərin tikintisinə, əsaslı təmiri olduqca vacibdir.
Bu məsələlərlə bağlı Təhsil Nazirliyi müvafiq kömək göstərməlidir.
Rayonun təhsil sahəsində bütün mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir.
2013-cü ildə rayon əhalisinə 110 çarpayılıq 3 xəstəxana, 5 həkim ambulatoriyası, 23 tibb məntəqəsi və 1 qadın məsləhətxanası xidmət göstərmişdir.
Rayonun səhiyyə sahəsində kadr çatışmazlığı, kəndlərdə lazımi tibb məntəqələrinin olmaması, lazımi avadanlıqlarla təhciz edilməməsi, rayonda səhiyyə sahəsində mövcud olan əsas problemlərdəndir. Rayon mərkəzi xəstəxananın rəhbərliyi həmin problemlərin aradan qaldırılması üçün konkret tədbirlər görməli, bu problemlərlə bağlı Səhiyyə Nazirliyi qanunamüvafiq qaydada öz köməkliyini göstərməlidir.
Rayonun geniş turizm imkanlarının olduğunu bildirərək məruzəçi daha sonra qeyd etdi ki, rayona investorların cəlb olunması üçün əlverişli şərait yaradılmış, yerli resusları nəzərə almaqla digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Yeni emal zavodlarının tikintisinə hərtərəfli münbit şəraitin mövcudluğuna əsasən yeni istehsal müəssisələrinin tikintisinə, yeni iş yerlərinin açılmasına böyük ehtiyac vardır.
2013-cü ildə rayon əhalisinə 95 mədəni maarif müəssisəsi xidmət göstərmiş, fəaliyyət göstərən mədəniyyət evlərinin, klublarının, kitabxanaların tam yararsız qəzalı mövcüd vəziyyətləri təhlil edilmiş, 12 mədəniyyət evinin, 29 klub, 31 kitabxana binalarının tikintisinin 7 mədəniyyət evinin və 13 kitabxana binalarının əsaslı təmir edilməsinin çox vacib məsələ olduğunu nəzərə alıb problemli məsələlərin 2014-2018-ci illər yeni Dövlət Proqramına salınması üçün məlumatlar İqtisadiyyat və Sənaye Nazirliyinə göndərilmişdir.
Tarixi abidələrin qorunması sahəsində də müvafiq işlər davam etdirilməlidir. 2013-cü ildə rayonda çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Qeyd etmək lazımdır ki, hələ yerlərdə mədəniyyət obyektlərində mədəni-kütləvi tədbirlərin keçirilməsi sahəsində bir çox problemlər vardır. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Hacı Məmmədov qısa müddətdə bütün sahələrdə əsaslı dönüş yaradılmasını, problemlərin aradan qaldırılmasını aidiyyəti nazirliklə birgə təmin etməlidir.
Hesabat ilində rayon üzrə idman yarışları və digər sahələrdə 15285 gəncin iştirak etdiyi 83 tədbir həyata keçirilmişdir.
Rayon gənclərinin qarşılaşdığı bir sıra problemlər, mövcud çətinliklər, həllini tələb edən işlər, bir sıra məsələlər həll edilmişdir. İrəli gələn vəzifələrin, gənclərin həyatında əksini dolğun tapması üçün rayon Gənclər, İdman İdarəsinin, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin, Təhsil şöbəsinin, Mədəniyyət və Turizm şöbəsinin məqsədyönlü, səmərəli fəaliyyətləri, işə yaradıcı münasibətinin birliyi təşkil edilmişdir. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində rayonumuzda xeyli işlər görülmüşdür. Belə ki, gənclərdə vətənpərvərlik hissləri aşılayan bədii ədəbiyyatların müzakirəsi, oxusunun təşkili, görkəmli Azərbaycan sərkərdələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərənlərin gənclər arasında təbliği, onlarda mənəvi-əxlaqi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, aktual məsələlər üzrə dəyirmi masaların təşkili, mədəni-kütləvi tədbirlərin keçirilməsi məhz bu məqsədə xidmət etmişdir. Hər il gənclərin ordu sıralarına yola salınması yadda qalan tədbirlərlə zəngin olmuşdur.
Daşkəsən rayonu ərazisində 4 siyasi partiya, 14 Qeyri Hökumət Təşkilatı və 1 dini icma qrum qeydiyyatdan keçmişdir.
Rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar və Qeyri Hökumət Təşkilatı ilə işlər mütəmadi qaydada aparılmış, onların fəaliyyətinə nəzarət edilmişdir. Siyasi partiyalar və Qeyri Hökumət Təşkilatlar tərəfindən heç bir piket, mitinq və yürüş keçirilməmişdir.
2013-cü ildə dövrü olaraq Daşkəsən rayon İcra Hakimiyyəti aparatının orqanı olan «Daşkəsən» qəzeti çap edilmişdir. Rayonda ictimai-siyasi işin təşkilində «Daşkəsən» qəzetinin imkanlarından istifadə olunmuşdur.
Ümummilli Liderimiz Heydər Əliyevin keçən dövr ərzində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, xalqın azadlığı, demokratik dövlət quruculuğu, iqtisadiyyatın inkişafı, işğal olunmuş torpaqlarımızın azad olunması yollarında gördüyü əzəmətli işlər haqqında materiallar, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, uğurla aparılan islahatlar, ölkəmizdə baş verən siyasi-iqtisadi və sosial inkişafın strategiyasını əks etdirən materiallar, o cümlədən rayonda aparılan böyük quruculuq və abadlıq işləri, rayonda keçirilən tədbirlər qəzet səhifələrində geniş oxucu kütləsinə çatdırılmışdır.
Hazırda ən əsas problemimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması istiqamətində də aparılan işlərdən bəhs edən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev məruzəsində vurğuladı ki, 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, şəhər, qəsəbə və kənd icra nümayəndəliyi, bələdiyyələr və sahibkarlar tərəfindən 13709 manat məbləğində vəsait ödənilmişdir.
Rayon İcra Hakimiyyətinin və əlaqədar orqan və təşkilatların yaxından köməklikləri sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi 2013-cü il ərzində 171 nəfər gənci ordu sıralarına yola salmışdır. Beləliklə rayon üzrə həqiqi hərbi xidmətə çağırışın nəzərdə tutulan göstəricisi tam yerinə yetirilmişdir.
Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şahin” hərbi idman oyunu üzrə yarışlar, məktəblilərlə müharibə veteranlarının görüşləri, şagirdlər arasında inşa yazıları, rəsm müsabiqələri, anma mərasimləri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə müxtəlif tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri İlhamə Bayramova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi və Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə birlikdə gənclərin hərbi xidmətə yararlığının müəyyən edilməsi sahəsində işlərin səviyyəsinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görməlidirlər.
Hesabat dövrü ərzində, rayonda ictimai əsayiş təmin olunmuş, kriminogen vəziyyət daimi nəzarətdə saxlanılmışdır. Vətəndaşların qanunsuz olaraq tutulması, həbsə alınması halları olmamışdır.
Rayonda Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni inzibati binanın tikintisinə ehtiyac vardır.
Ərizə və şikayətlərə baxılması, vətəndaşların qəbulu məsələlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən Rayon İcra Hakimiyyətinin Başçısı bildirdi ki, hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət daha da artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyari qəbulları ardıcıl olaraq təşkil edilmiş, çoxsaylı açıq qəbul günləri keçirilmişdir.
2013-cü il ərzində rayon İcra Hakimiyyətinə 954 yazılı müraciət daxil olmuşdur. O cümlədən 311 ərizə Respublika Prezidentinin Administrasiyasından və 62 ərizə mərkəzi icra orqanlarından daxil olmuşdur. Ərizə və şikayətləri doğuran səbəblər təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə cavablar verilmişdir.
2013-cü il ərzində 44 yaşayış məntəqəsində səyyari qəbul keçirilmiş, 1541 nəfər iştirak etmiş, 285 müraciət olunmuşdur. Səyyari qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Yerlərdə vətəndaşların qəbulunun yüksək səviyyədə təşkili, mövcud problemlərin operativ həll edilməsi, maarifləndirmə, izahat işlərinin genişləndirilməsi üzrə İƏDÜ nümayəndələrə tapşırıqlar verilmişdir.
Hesabat ilində rayonda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatlarla, milli azlıqlarla aidiyyəti üzrə işlər aparılmış, bu sahədə rayonda tam sabitlik, tolerantlıq şəraiti mövcud olmuşdur.
2013-cü ildə də Rayon İcra Hakimiyyəti Başçısı Aparatındakı ayrı-ayrı komissiyalar aidiyyəti üzrə müvafiq əsasnamə və təlimatlara uyğun olaraq fəaliyyət göstərmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 2189 nəfər iştirak etmiş, 197 nəfər çıxış etmişdir. Cəmi 159 təklif irəli sürmüşdür. Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan qaldırılması üçün lazımı tapşırıqlar verilmişdir.
Ərazilərdə keçirilən hesabat yığıncaqlarında söylənilən fikirlərin, təklif və tənqidi qeydlərin, qaldırılan problemlərin təhlilindən belə nəticəyə gəlmək olur ki, son bir ildə rayonda aparılan iri miqyaslı tikinti və abadlıq işləri, rayonun sosial-iqtisadi inkişafı əhali tərəfindən razılıqla qarşılanmışdır.
Rayon ərazisində 19 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrin ümumi fəaliyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti üzrə müvafiq tədbirlər görülməsinə ehtiyac vardır.
Hesabat ilində kadrların hazırlanması, seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması sahəsində müəyyən işlər görülmüşdür.
Hesabat ilində qadınların və gənclərin işə qəbul edilməsinə diqqət artırılmış, rayon İcra Hakimiyyəti Başçısı Aparatında işçilərin orta yaş səviyyəsi əvvəlki ilə nisbətən aşağı salınmışdır.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı məruzəsində yüksək qürur hissi ilə bildirdi ki, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on il ərzində uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb.Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
2013-cü ilin ən böyük uğuru ölkəmizdə Prezident seçkilərində dünya şöhrətli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin parlaq qələbəsi olmuşdur. Bu bütün xalqımızın dövlətçiliyimizə olan inamının, sadiqliyinin qələbəsidir. Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyaşar ideyalarının qətiyyətli qələbəsidir.
Azərbaycan xalqının 2013-cü ilin 9 oktyabr seçkilərində seçimi son on ildə Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinə, ölkədə inkişaf və tərəqqiyə verilən qiymətin bariz təzahürüdür (seçkilərdə ölkə vətəndaşlarının 71,63 faizi iştirak etmiş, onlardan 84,54 faizi cənab İlham Əliyevin namizədliyini dəstəkləmişdir).
Oktyabrın 9-da keçirilmiş Prezident seçkiləri bir çox dövlət rəhbərləri, siyasi xadimlər, beynəlxalq təşkilatlar, xarici müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmiş və iqtidarın demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət, hüquqi demokratik dövlətin əsaslarını möhkəmləndirilməsi kursunun dəyişməzliyinə sədaqətini əyani şəkildə nümayış etdirmişdir.
9 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərində daşkəsənlilər xüsusi fəallıq göstərmiş, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müstəqil Azərbaycan Respublikasını işıqlı gələcəyə aparan cənab İlham Əliyevə sevgilərini bir daha nümayiş etdirərək seçicilərin 87 faizi səs vermişdir.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. Yanvarın 9-da Prezident Sarayında Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir ki, “Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır”.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev hesabat məruzəsinin sonunda tədbir iştirakçılarına müraciət edərək dedi:
-İcazə verin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin geniş məzmunlu hesabat məruzəsindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, 5 saylı şəhər Körpələr evi və uşaq bağçasının müdiri Mehriban Rüstəmova, Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Çanaqçı İƏDÜN-nin müavini Ramin Ələsgərli çıxış edərək rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında qazanılmış nailiyyətlər haqqında məlumat verərək ,mövcud problemlərin aradan qadırılması üzrə təkliflərini diqqətə çatdırdılar və Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Mikayıl oğlu Abıyevin 2013-cü ildəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər. Ötən bir il ərzində rayonda aparılan möhtəşəm tikinti, quruculuq, abadlıq işlərinə görə dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Rüfət Əliyev, millət vəkili Rövşən Rzayev iştirak və çıxış etmişlər.
Yığıncaqda gündəlikdəki məsələ ilə əlaqədar qərar layihəsi və yığıncaq iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.