Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV SUQOVUŞAN KƏND SAKİNLƏRİNİN SƏYYAR QƏBULUNU KEÇİRİB

04 sentyabr 2019 | 16:00

Sentyabrın 4-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu rayonun Suqovuşan kəndində olub.
Açıq havada keçirilən görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Vətəndaşlarla qəbulu giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında  bildirmişdir ki, bu gün, Suqovuşan kəndində keçirilən səyyar qəbula səyyar qəbulların sentyabr ayının qrafikinə uyğun olaraq  sizinlə görüşə gəlmişik.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq keçirilən hər bir  səyyar görüşdə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və  onların həlli istiqamətində əməli işlər görməkdir.
Həlli mümkün olan məsələlər operativ şəkildə yerində həll olunacaq, ehtiyac gəldiyi  halda isə aidiyyəti üzrə baş idarə və nazirliklər  qarşısında məsələ qaldırılacaqdır.
Səyyar qəbul-görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər qarşısında çıxışında  daha sonra vurğulamışdır ki, bu gün ölkənin  bütün bölgə və əraziləri  günü-gündən inkişaf edir, abadlaşır,  yeniləşərək müasir görkəm alır.
Bu əməli işlərin arxasında Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla aparılan düşünülmüş siyasəti dayanır. Biz də öz işlərimizi həmin prinsiplərə uyğun quraraq uğurla həyata keçirməyə çalışırıq. Bugünkü görüşümüz  də bunun bariz nümunəsidir.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında Daşkəsən  rayonu üçün də icrası nəzərdə tutulmuş məsələlər vardır.
  Belə ki, Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun  asfalt örtüyünün və körpülərin yenidən qurulması işləri davam etdirilir. Daşkəsən, Quşçu və Quşçu körpüsü qəsəbələrinin qazlaşdırılmasının,  Zinzahal və Çanaqçı kəndlərində modul tipli tam orta məktəblərin tikintisinin hər birimiz artıq  şahidiyik və bu tikintilər davam etdirilir.
Bu gün Daşkəsən rayonunda 220 nəfər işsiz rayon sakinin  işlə təmin olunmasına, sosial yardımların verilməsinə,  rayonda  aparılan abadlıq və quruculuq  işlərinə görə  ölkə başçımız cənab İlham Əliyevə  minnətdarlığımızı bildiririk.
Bu gün kəndlərdə sosial sahələrin inkişafı, əhalini narahat edən problemlərin yerində həlli məqsədi ilə keçirilən səyyar qəbullar Azərbaycan Respublikası Prezidentinin Ərazi - təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri hörmətli  Zeynal Nağdəliyevin  şəxsən diqqət mərkəzindədir və qaldırılan məsələləri nəzarət qaydasında biz həll edirik.
Çünki dövlət siyasətimizin mərkəzində   Azərbaycan vətəndaşı dayanır. Bunun üçün rayonlarda yeni müəssisələrin,  iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması ölkə siyasətinin başlıca məqsədidir.
İndi isə istər ümumi kənd sakinlərini narahat edən, istərsə də şəxsi problemləri bağlı kimin  müraciəti varsa buyursun.
Hörmətli Suqovuşan kəndinin sakinləri!
Sizlərin hər birini ölkə rəhbərimizin  ətrafında həmişə olduğu kimi sıx birləşməyə, ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil  Azərbaycanımızın daha da qüdrətlənməsi naminə  möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıram.
Hər birinizin adından da ölkə rəhbərimizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Sonra sakinlərin müraciətləri dinlənilib. 
Müraciətlər əsasən istismara yararsız elektrik dirəklərinin   və naqillərinin dəyişdirilməsi, işlə təmin olunma, kənd yolunun təmiri və digər şəxsi məsələlərlə bağlı olub.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səyyar qəbulda sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbul-görüşün sonunda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş kənd sakini Abbasov Məzahir Füzuli oğluna partiyanın üzvlük vəsiqəsi  təqdim olundu.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər