Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”lərinə sertifikatlar təqdim olundu

30 avqust 2019 | 16:00

30 avqust 2019-ci il tarixində Daşkəsən Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavinləri Namiq Süleymanov və Cavanşir Qocayev bildiriblər ki, təcrübə müddətində könüllülərlə bir neçə maarifləndirici tədbirlər keçirilib, vətəndaşlarla keçirilən səyyar qəbullarda və eləcə də gündəlik iş proseslərində könüllülər aktiv şəkildə iştirak ediblər.
Təcrübə müddətində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən gənclərə hərtərəfli şəraitin yaradılması, hər zaman onların fəaliyyəti ilə şəxsən maraqlanması xüsusi vurğulandı. 
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının  2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsi qeyd edildi.
Həmçinin, bildirildi ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirildi.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər. Təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Daşkəsən RİH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini ifadə etdilər.
Sonda Daşkəsən Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olundu.

Keçidlər