Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev vətəndaşların qəbulunu keçirib

26 iyul 2019 | 16:00

Prezident cənab İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev iyulun 26-da Daşkəsəndə vətəndaşlarla görüşüb.
Qəbul zamanı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərə baxılıb. Vətəndaşların müraciəti əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Müraciətlərin araşdırılmasına və qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlar yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər