Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

ELAN

25 iyul 2019 | 16:00

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq 26 iyul 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev Daşkəsən rayonunda vətəndaşlarla görüşəcək.
Vətəndaşların qəbulu Daşkəsən rayon Dövlət Arxivinin inzibati binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı 2) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Gəncə şəhəri, Zeynalabdin Tağıyev 58) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 022-25-3-04-48, 050-310-89-90, 050-366-05-04) xahiş olunur.

Keçidlər