Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev vətəndaşların növbəti səyyar qəbulunu keçirib

11 iyul 2019 | 16:00

Bu gün – iyulun 11-də Çıraqlı və Almalı kənd sakinləri ilə keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qəbulu giriş nitqi ilə açaraq qeyd edib ki, əhali ilə mütəmadi olaraq keçirilən görüşlərdə əsas məqsəd yerlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. Əhəd Abıyev Prezident cənab İlham Əliyev tərəfindən ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən layihələr nəticəsində bütün sahələrdə əsaslı dönüş yarandığını, əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq zəruri addımların atıldığını bildirib. Görülən işlərin fonunda Daşkəsəndə də böyük uğurlar qazanıldığını qeyd edən Əhəd Abıyev son illər rayonda modul tipli yeni məktəb binalarının tikildiyini, yolların asfaltlaşdırıldığını, körpülərin inşa edildiyini, qaz xətlərinin çəkildiyini, elektrik təsərrüfatında təmir işlərinin davam etdirildiyini, Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulmasında son tamamlama işlərinin aparıldığını və digər abadlıq işlərinin görüldüyünü diqqətə çatdırıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlər kəndə gələn avtomobil yolunun cari təmir olunması, köhnəlmiş elektrik transformatorunun dəyişdirilməsi, yeni içməli su xəttinin çəkilməsi və digər məsələlər barədə müraciətlər ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həll edilməsi məqsədilə əlaqədar qurumlara aidiyyəti tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində müsbət həllini tapıb. Kənddə yeni müasir tipli elektrik transformatorunun qısa müddətdə quraşdırılması üçün göstəriş verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

 

Keçidlər